“TÜRKİYƏ ÇIXIRSA, BİZ DƏ GEDİRİK” – 20-YƏ YAXIN ÖLKƏ ORDUSUNU GERİ ÇƏKİR

ABŞ-ın Əfqanıstandakı qoşunlarını geri çəkməsi prosesi ətrafında ilginc gəlişmələr yaşanır.

Azerbaycan-ruznamesi.org “Wall Street Journal”a istinadən Türkiyənin də Əfqanıstandakı qoşunlarını çıxaracağına dair NATO və ABŞ-a məlumat verdiyininə dair məlumat yayıldığını bildirir.

Mətbu orqana açıqlama verən ABŞ rəsmiləri vurğulayıblar ki, Vaşinqton hazırlıq işlərini iyulun 4-dək başa çatdırmağı, Türkiyə isə Kabildəki Həmid Kərzayi Beynəlxalq Hava Limanını qoruyan hərbi qüvvələri geri çəkməyi planlaşdırıb.

Mənbələrdə göstərilir ki, Avropa ölkələri ABŞ-dan bu planı təxirə salmağı tələb edirlər.

“Başqa bir problem də illərdir Kabil hava limanının mühafizəsini öz üzərinə götürən Türkiyənin öz qoşunlarını çıxaracağı barədə ABŞ və NATO-ya məlumat verməsidir”, – məlumatda göstərilir.

Nəşr Türkiyənin hava limanının təhlükəsizliyini təmin etmək istəməməsinin bir çox Qərb ölkəsini qorxutduğunu və Əfqanıstandakı diplomatik nümayəndəlik və səfirliklərin Türkiyənin olmadığı bir ssenaridə açıq qalmasını istəmədiklərini yazıb.

ABŞ-ın rəhbərlik etdiyi NATO koalisiyasındakı 20-yə yaxın ölkənin Vaşinqtona “Birlikdə girdik, birlikdə getməliyik” xəbərdarlığı etdiyi də diqqətə çatdırılıb.

“Türkiyə bölgəni tərk edərsə, Qərb ölkələrinin diplomatik nümayəndələri ölkədə az da olsa, diplomat saxlama qərarını nəzərdən keçirəcəklər. Bundan sonra onların bölgədə qalacaqları ehtimalı azdır”, – nəşr yazıb.

Şərhlər bağlıdır.