Siz bizləri (Cənubi Azərbaycanlıları və ümumiyyətlə iranlıları) düyü yeyən kimi tanıyırsınız. Ana bizdə də iki nəsil öncəyə qədər süfrənin əsas yeməyi çörək olub. Düyü isə əsasən Xəzəryanı bölgələrdə əkilib yeyilirmiş. Bununla bağlı bir əhvalat danışacağam.
Tehranda olanda çalışdığım qəzetin rəhbəri gilanlı (bizim talışlarla eyni kökdən olan xalq) bir professorla müsahibə götürməyimi xahiş etmişdi.
Həmin ərəfədə Təbrizə gedəsi oldum və müsahibəni bir həftə təxirə saldım. Professorla evində görüşdük, farscanı gilək aksenti ilə danışırdı. Gecikməmin səbəbini dedim və üzr istədim.
“Aaa, Siz Təbrizlisiniz,” – deyə soruşdu və ata-anasının Təbrizdən Gilan əyalətinin mərkəzi Rəşt şəhərinə köçdüyünü dedi.
Bundan sonra söhbəti Azərbaycan türkcəsində davam etdik (bizlər qarşı tərəfin azərbaycanlı olduğunu bildikdən sonra onunla farsca danışmaqda çətinlik çəkirik, sanki söhbət süni olur, ona görə də istər-istəməz öz dilimizə keçirik).
Gələk əsas məsələyə. Müsahibim keçmiş illərdən söhbət edərkən məktəblə bağlı xatirəsini danışdı və maraqlı bir mövzuya toxundu:
-Məktəbdə gilək uşaqlar mən və qardaşlarımla dalaşmaqdan qorxurdular, “bunlar türkdür, evdə çörək yeyirlər, ona görə də güclü olurlar,”- deyirdilər.
Umid Niayes
Şərhlər bağlıdır.