SİLAHLI TARİXİ ƏSƏR QAÇAQMALÇILARI ƏLƏ KEÇİRİLDİ

Azerbaycan-ruznamesi.org Təbriz Turan TV-yə istinadən xəbər verir ki, Zəncanda silahlı tarixi əsər qaçaqmalçıları ələ keçirilib. Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin mühafizə bölməsinin başçısı polkovnik Hüseynəli Fəzli bu barədə məlumat verib.

Onun mediada yayılan açıqlamasında əyalətin İcrud şəhərində  silahlı tarixi əsər qaçaqmalıları saxlanılıb.

Keçirilən əməliyyat zamanı qanunsuz qazıntı həyata keçirən 3 qaçaqmalçı saxlanılıb. Onlara məxsus mexaniki və elektronik qazıntı avadanlıqları və odlu silah götürülüb.

Bölmə başçısının bildirdiyənə görə  saxlanılanlar və müsadirə olunan  əşyalar cinayət işinin açılması üçün məhkəmə orqanlarına təhvil verilib.

Şərhlər bağlıdır.