Uzun illər oldu irandan çıxalı, artıq heç nəyi qabaqkı kimi net, konkret olduğu kimi görmək, yaşamaq, özümün təcrübə etmək şansım yoxdur. İranda yaşayan milli fəalların, mədəni fəaliyətdə olan Türk aktivistlərin yaradıcılığını ələşdirmək istədiyimdə çox ehtiyatla yanaşıram.
Bu gün Ərk qardaşlarının Pust filminə baxdım. Nə yazıq filmin təqdimatı ilə alt yazısı farsca olduğu üçün Dəri adı heç bir yerdə keçmir (pust fars dilində dəri deməkdir).
Güneydə Türkcə yazmaq siyasal əyləmdir. Türkcəylə, Türklüklə ilgidə olan istənilən hərəkət siyasaldır. Bu baxımdan, Ərk qardaşlarının işinin keyfiyyətindən asılı olmayaraq, çəkdikləri Türkcə film gözəl, dəyərli, alqışlanası bir işdir.
Filmin adının farsca pust olmasını onlara zorlamı qoydurtdular, öz istəkləri iləmi qoydular bilmədiyim üçün nəsə deyə bilmirəm.
Filmin fars dilində yazılmış tanıtımla başlanması, ardıncada fars dilində “bu film, lokal əfsanələrə əsaslanaraq çəkilibdir” artırması ilə farsca alt yazı filmdə danışanların dilini üstələyir desəm yanılmamışam.
Filmdə nə yaxşı gözəl görkəmi ilə seçilən (ifası ilə ayaq rəqsi oxumasa da) sazı sədəfli gözəl bir aşıq var. Bu filmə, varlığımızdan, kültürümüzdən yansımış vur tut bircə bu sədəfli saz var. Arazın adından başqa etnik kimlik simgəsi olacaq heç nə görmədim. Olsa belə mən görmədim. Maral adı da Türkcə olmasına baxmayaraq xristiyan olduğu qabarıldığı üçün Türk kimliyi yoxdur. Bütün bunlara baxmayaraq iran mühitində bu da qənimətdir deyib keçirəm.
Hadi Qaraçay
Şərhlər bağlıdır.