ƏLİ XAMENEİNİN GƏMİSİ BATDI?!

19.02.2022. İRAN AZAD SAYTI

Xameneinin İnqilab Keşikçiləri Korpusunu (SEPAH) onun komandirlərinin Tehran bələdiyyəsindəki korrupsiyaya dair audio faylının açıqlanması ilə bağlı müdafiə etməsindən bir gün sonra xəbər agentlikləri İran hökumətinin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaniyə məxsus gəminin ələ keçirildiyini bildiriblər.

“Admiral” şirkəti (Admiral Co.) İran hökumətinin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin oğulları Həsən və Hüseyn Şəmxanilərə məxsus 50-yə yaxın gəmidən ibarət bir gəmiçilik şirkətidir.

Dövlətə bağlı İLNA xəbər agentliyi 18 fevral 2022-ci il tarixində məlumatlı mənbəyə istinadən xəbər verir ki, İran hökumətinin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin oğulları Həsən və Hüseyn Şəmxanilərin “Admiral” şirkətinə məxsus bir Kabil gəmisi sənədləri qüsurlu olduğu üçün Hindistan məhkəməsi tərəfindən Kandla limanında saxlanılmışdır.

İLNA-nın bu xəbəri elan etməsi, xüsusən də son günlər İran hökumətinin Ali Dini Rəhbəri Əli Xameneinin İnqilab Keşikçiləri Korpusunun və onun hökumətinin tam dəstəkçisinə çevrilməsindən sonra farsdilli mediada geniş şəkildə işıqlandırılıb.

İndiyədək İran hökumətinin gəmilərinin dəniz və ticarət qanunlarını pozduqlarına görə ələ keçirilməsi görünməmiş bir hadisə deyildir.

2020-ci ilin sonlarında Hindistanın ən aktiv konteyner terminalı olduğu deyilən Qucarat əyalətinin Mondra limanında qeyri-qanuni yüklər səbəbindən İrandan gələn gəmilərin təyinat məntəqəsinə girişi qadağan edilib. Liman rəhbərliyi bildirib ki, İrandan gələn gəmi və yükləri qəbul etmir.

İndi də Hindistanın hökumət limanı bəyan edib ki, Kabil gəmisinin təqdim etdiyi sənədlərlə yükləri bu gəmi ilə daşınmış gəmiçilik şirkətləri arasında bir uyğunsuzluqlar vardır.

Bundan əlavə, İran hökumətinin liman və dəniz təşkilatı sanksiyalardan yayınmaq üçün hərəkət edə bilmədiyi üçün “Admiral” şirkəti Kabil gəmisinin ələ keçirilməsi məsələsinə müdaxilə edə bilməmişdir.

Qeyd edək ki, Şamxani oğlanlarına məxsus “Kabil” gəmisi 10 gün əvvəl həbs qərarı alıb və onun yükü də Kandla limanında saxlanılmışdır.

Hadisənin səbəbi bu və digər gəmiçilik şirkətlərinin sanksiyalardan yayınmaq üçün İran və Hindistandan yüklərin daşınmasına cavabdeh olmalarındadır.

Son bir neçə gündə Əli Şamxani İran hökumətinin nüvə danışıqları və “Hərtərəfli Birgə Fəaliyyət Planı”na qayıtmaq məsələsi ilə bağlı elan etmişdi ki, “artıq Hərtərəfli Birgə Fəaliyyət Planının quru qabığndan başqa bir şey qalmamışdır”.

Daha əvvəl İranda bəzi simaların və hökumət başçılarının korrupsiyasını ifşa etdiyinə görə həbs edilmiş media fəalı Yaşar Soltani özünün twitter səhifəsində Şamxaniyə istinad edərək bildirib ki, “Hərtərəfli Birgə Fəaliyyət Planı” iqtisadi sahədə İran xalqı üçün quru qabığndan başqa bir şey ola bilər, amma siz Hüseyn Şamxani övladları və sizin gəmiçilik şəbəkəsi üçün İran neftini satmağı yaxşılaşdırdı. Siz neft tankerlərinin sayını və onların böyümə sürətini sarsıdıcı sanksiyaların başlaması ilə eyni vaxtda düşməsini insanlara izah edin, qalan mövzular isə sizə peşkəş olsun!

Qeyd edilməlidir ki, Vilayəti Fəqih hökuməti İran hökumətinin sanksiyalarından yan keçməsi üçün Kabil gəmisində Liberiya Respublikasının bayrağından istifadə etmişdir.

İran hökumətinin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin övladlarına məxsus Kabil gəmisinin ələ keçirilməsinin Xameneinin Şamxaninin üzvü olduğu İnqilab Keşikçiləri Korpusunun (SEPAH) korrupsiya işini müdafiə etməsi ilə bağlı açıqlamaları ilə üst-üstə düşməsi belə deməyə əsas verir ki,  “Xameneinin gəmisi batıb”

Şərhlər bağlıdır.