İRAN TƏHLÜKƏSİZLİK ORQANLARININ VƏHŞİLİYİ

BİR AİLƏDƏN 4 NƏFƏR GÜLLƏLƏNDİ

Martın 22-də Səbzivar şəhərində bir ailədən dörd  nəfərin İran təhlükəsizlik məmurları tərəfindən güllələndiyi barədə xəbər yayımlanıb. Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

İnformasiya hadisənin törədildiyi  Sistan və Bəlucistan əyalətində baş verib. Şəxsi minik avtomobilinə xəbərdarlıq olunmadan açılam atəş nəticəsində Zahidan şəhərindən olan ailənin bütün üzvləri güllə yarası alıb.

Atəş nəticəsində ailənin iki üzvü yerindəcə həyatını itirib, ikisi isə ağır güllə yarası ilə xəstəxanaya aparılıb.

Bir ölü və bir yaralının kimliyi barədə məlumat verilsə də, başqa iki nəfər barədə dəqiq məlumat yayılmayıb.

İnsan Haqları Təşkilatı yaydığı xəbərdə Abdulla Alizehi adlı gəncin öldürüldüyünü, onun atası Pirməhəmməd Alizehinin isə ağır yaralandığını yazıb.

İran İnsan Haqları Təşkilatı son bir ildə ölkədə insan haqlarının pozulması ilə bağlı yaydığı hesabatda bu müddət ərzində müxtəlif səbəblər üzündən 243 nəfərin İran silahlı və təhlükəsizlik məmurlarının bir başa atəşi nəticəsində həyatını itirib və ağır yaralandığını bildirib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.