ALBANİYADA İRANLINI MÜHAKİMƏ GÖZLƏYİR

TERRORÇULUQDA İTTİHAM OLUNUR

“Associated Press”-in agentliyinə Xüsusi Cinayətlər Bürosundan verilən açıqlamaya görə, Albaniyada iranlı terrorçu-casus mühakimə olunacaq. Bu barədə aprelin 1-də Albaniya prokurorluğu məlumat yayıb.

Terrorçu qrupları dəstəkləyən və kompüter məlumatlarından sui-istifadədə  ittiham olunan Bijən Puladrəgə qarşı iş məhkəməyə göndərilib.

Bəyanatda İran vətəndaşının həbs olunma vaxtı ilə bağlı əlavə təfərrüatlar verilməsə də, Albaniyada yerləşən Xalq Mücahidləri Təşkilatına yaxın media orqanları onun 2020-ci ilin sentyabrında həbs olunduğunu göstəriblər.

Puladrəq həbs olunmazdan bir il əvvələ qədər bu təşkilatın üzvü olub və o, İrana müxalif təşkilatın telefonlarını dinləməkdə ittiham olunub.

Qeyd edək ki, iki il bundan öncə Albaniya iki iranlı diplomatı qeyri-qanuni fəaliyyətlə məşğul olmaq və diplomatik qaydaları pozmaq ittihamı ilə ölkədən çıxarıb.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.