İRANDAN ŞOK MƏLUMAT:

TÜRKİYƏ BAZALARINI BİZ HƏDƏF ALDIQ

SEPAH-ın sabiq kəşfiyyat rəisi Hüseyn Taibin qardaşı, eyni zamanda “Əmmar” qərargahının rəhbəri Mehdi Taibin Türkiyə ordusu ilə bağlı səs yazısı ortaya çıxıb.

Bu barədə “Haber7.com” saytı məlumat yayıb.

Bildirilir ki, səs qeydində M.Taib “Türkiyə Silahlı Qüvvələrinin İraqdakı bazalarını biz hədəf aldıq” ifadələrini işlədib.

Eyni zamanda, M.Taibin Ankaranın ABŞ-ın sanksiyalarından yan keçmək üçün İranla əməkdaşlıq etdiyini, Türkiyənin neft idxalından asılı olduğunu və müharibə ehtimalında İranın Türkiyə limanlarını ballistik raketlərlə vuracağını dediyi iddia olunur.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.