YENİ TƏXRİBAT

 “QƏRBİ ERMƏNSİTAN DÖVLƏTİNİN PASPORTU”NU PAYLAMAQ GÖSTƏRİŞİ KİMDƏN GƏLİB?

Türkiyə ərazisinin bir hissəsinə və Naxçıvana iddialı olan virtual “Qərbi Ermənistan Respublikası”nın qondarma “prezidenti” Armenak Abramyan bir qrup “parlamentari” ilə Türkiyənin şərq və cənub-şərq bölgələrinə səfər edib.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini Serdar Ünsal açıqlama verib. Onun fikirlərini Azerbaycan-ruznamesi.org təqdim edir.

Sərdar bəyin sözlərinə görə, “bu ərazilərdə yaşayan etnik ermənilərə virtual “dövlət”in “pasportları” təntənəli şəkildə təqdim edilib. Qondarma erməni “dövləti”nin nümayəndələrinin bədnam səfəri ilə bağlı reportaj “Qərbi Ermənistan” telekanalında yayımlanıbMəlumatda deyilir ki, Armenak Abrahamyan və digərləri Dersimdə çoxsaylı erməni əsilli Türkiyə vətəndaşları ilə görüşüb, həmçinin Harput və Sur şəhərlərində olublar”.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Cümşüd Nuriyev bildirib ki, “bu gözlənən bir şeydir. Çünki, Türkiyənin dünyada artan nüfuzu düşmən ölkələri hərəkətə gətirib.

Ermənilər də tarixən təxribat üçün yaranmış bir varlıqdı. Qədim Bizans, Roma imperiyasından Osmanlı imperiyasına və bu günümüzə qədər baş verən əksər təxribat və terrorda ermənilər olub. Və bu gün də var.

Əslində, burda qorxulacaq bir şey yoxdur. Türkiyə qüdrətli dövlətdir. Bu cür xırda təxribatlara qarşı da həssasdır. Bu cür təxribatçı hərəkətlər sadəcə gündəm yarada bilər. Amma Türkiyədəki ictimai-siyasi proseslərə heç bir təsir imkanları yoxdur”.

Politoloq onu da əlavə edib ki, “bu təxribatların arxasında Yunanıstan dayanır. Yunanların ən böyük diasporu isə bildiyimiz kimi ABŞ-dadır.

Dolayısı ilə bu məsələdə Vaşinqtonun da barmağı var. Bu cür təxribatlar rəsmi Ankaranın gözünü qorxutmağa xidmət edir. Çünki, Türkiyədə 5-ci kalonun iki böyük qanadı var-PKK və ermənilər.

Türkiyənin Qərbdəki düşmənləri də zaman-zaman bu təxribatçılara dəstək verib. Son günlər Türkiyənin İsveç və Finlandiya üzərindəki diplomatik qələbəsini həzm edə bilməyən qüvvələr bu tip təxribatlarla özlərinə təsəlli tapırlar”.

Şərhlər bağlıdır.