ABŞ Prezidenti Cozef Bayden Konqresə Əfqanıstanı NATO üzvü olmayan əsas müttəfiq statusundan məhrum etmək niyyətində olduğunu bildirib.
Azerbaycan-ruznamesi.org yerli KİV-ə istinadən bildirir ki, müvafiq bəyanatı Ağ Evin mətbuat xidməti yayıb.
Qeyd olunub ki, C. Bayden Əfqanıstanın NATO xaricindəki əsas müttəfiqlər sırasına daxil edilməsini ləğv etmək niyyətindədir.
Xatırladaq ki, ABŞ və NATO-dakı müttəfiqləri 2001-ci il sentyabrın 11-də törədilən terrordan sonra həmin il oktyabrın 7-də Əfqanıstana daxil olublar.
22 il ərzində Əfqanıstanda hərbi əməliyyatlar üçün 2 trilyon dollardan artıq maliyyə vəsaiti xərclənib. Bu müddət ərzində ABŞ-ın 2 442 hərbçisi ölüb, 20 666-sı yaralanıb, NATO isə 1 144 hərbçisini itirib.
Şərhlər bağlıdır.