UKRAYNA NƏDƏN NARAHATDIR: İRAN RƏHBƏRLİYİNİN RETORİKASI DƏYİŞİR?

BƏRLİYİNİN RETORİKASI DƏYİŞİR?

Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayandan İran açıq şəkildə neytral mövqe nümayiş etdirib,  atəşkəsin və məsələnin siyasi-diplomatik yolla həllinin tərəfdarı olub.

Azerbaycan-ruznamesi.org yerli mətbuata istinadən bildirir ki, Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenkonun müraciətində belə deyilir.

O qeyd edib ki, bu kontekstdə Ukrayna tərəfi İran rəhbərliyinin ritorikasının dəyişməsindən narahatdır.

“Rusiya Federasiyasına hücum hazırlamaqla bağlı hər hansı ittiham əsassız və manipulyasiyadır. Biz İran tərəfini Ukraynada müharibəni alovlandıracaq bəyanatlardan və ya addımlardan çəkinməyə çağırırıq”, – XİN rəsmisi bildirib.

Qeyd edək ki, İranın ali dini lideri Əli Xamenei Vladimir Putinlə Tehranda keçirdiyi görüşdə “əgər NATO Ukraynada dayandırılmasaydı, bir müddət sonra Krımı bəhanə edərək o özü müharibəyə başlayacaqdı” fikrini səsləndirib.

Şərhlər bağlıdır.