3 SENTYABR (12 ŞƏHRİVƏR) AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN 77-CI İLDÖNÜMÜDÜR

Şənbə günü 3 sentyabr 2022-ci ildə Təbriz vaxtı ilə saat 20-30-da “3 sentyabr (12 şəhrivər) Azərbaycan Demokrat Firqəsinin 77-ci ildönümü” Clubhouse vasitəsilə Azərbaycan Demokrta Firqəsi tərəfindən konfrans keçirildi. Tədbirdə doktor Kərimi Bağban Abdulla Əmir Haşımi Cavanşir idilər.

Doktor Bağban müsafirətdə olduğu üçün texniki səbəbdən təəssüflə konfransa qatıla bilmədi. Konfrans Azərbaycan Demokrat Firqəsinin sədri Rəhim Hüseynzadə və Azərbaycan Demokrat Firqəsinin MK üzvü Səriyyə xanım Ərdəbilli, Azərbaycan Demokrat Firqəsinin Amerika Komitəsinin məsulu Rəhim Şahbazi və digər sevimli iştirakçıların faəllığı ilə təşkil tapdı. Konfransın aparıcısı Rəhim Şahbazi idi. Öncə Azərbaycan Milli Hökumətinin himni səsləndi. Sonra Səriyyə xanım Ərdəbilli 12 şəhrivər müraciətnaməsini, 12 əslin otaq iştirakçılarının nəzərinə çatdırdı.

Tədbirdə Azərbaycan Demokrat Firqəsinin Beynəlxalq Əlaqələr məsulu Abdulla Əmir Haşımi Cavanşir çıxışına başladı. Cavanşir müəllim otaqda olan bütün iştiraqçıları, o cümlədən, Azərbaycan Demokrat Firqəsinin sədrini təbrik edərək, Azərbaycan Demokrat Firqəsinin 77-ci ildönümü münasibətilə firqə şəhidlərini yad edərək, Azərbaycan Demokrat Firqəsinin əsasın qoyan Öndər Seyid Cəfər Pişəvərinin və onunla bərabər çalışan, firqəmizi təsis edən və bu yolda Azərbaycan xalqına Milli Hökumət, Milli Məclis, Milli eitim, bir sözlə vətən azadlığı, millət başucalığı, mədəniyyət çiçəklənməsi ərməğan edən insanlarımıza dərin hörmət və ehtiramını bildirdi. Eyni zamanda 77 il, Azərbaycan Demokrat Firqəsinin fəaliyyəti ərzində şəhid olan, zindan çəkən və sürgün həyatının əzab əziyyələrinə dözən, firqə üzvləri və havadarlarına dərin minnətdarlığını bildirdi. Sonra Cavanşir müəllim Azərbaycan Demokrat Firqəsinin təsisinin səbəblərini tarixi faktlarla və məntiqi üsulla, o dövrün iqtisadi, siyasi, mədəni şəraitini açıqlamaqla, iştirakçıların nəzərinə çatdırdı.

O dedi: İnqilabi hərəkatların böyüklüyü ondan ibarətdir ki, zehnlərdə buraxdıqları izlər onların dərinliyi ilə ölçülür. Azərbaycan Demokrat Firqəsinin gördüyü işlər və yaratdığı “21 Azər” hərəkatı xalqımızın ən əzəmətli hərəkatıdır. Bu hərəkatın xatirələrdə yaşadan ən mühüm amil, onun həyata keçirdiyi demokratik islahatlar və bu islahatların hüquqqi əsası olan qanun və qərarlar, onlardan irəli gələn Azərbaycanı abadlaşdırma, cəmiyyəti rifah, sülh və əmniyyətlə tərəqqiyə tərəf aparan və bu yolda böyük qəhrəmanlıq göstərən xalqımızın fədakarlığı oldu. Bu yol bu gün də davam edir. Azərbaycan Demokrat Firqəsinin yaranması tarixi hadisə kimi həmin zərurətləri həyata keçirilməsindən irəli gəldi.

Cavanşir müəllim, çıxışının ardında bir çoxlu tarixi illət və səbəblərə görə, firqənin yaranmasını məntiqə uyğunluğunu bəyan etdi. O, xatırlatdı ki, dünyanın böyük və mütərəqqi ölkələri hamısı öz millətlərinin və tayfalarının xüsusiyyətləri əsasında hökumət təşkil etmişlər. Xüsusən demokratik ölkələrdə milli ixtiyarat, fedrasiyon üsulu əsasında, məmləkətin müqəddəratını həll etmişlər. Azərbaycan Demokrat Firqəsi də İranda yaşayan millətlərin tərəfindən Məşrutə dövründə vücuda gələn qanuni əsasidə əyalət və vilayət əncömənlərini həyata keçirilməsini zəruri hesab etmiş və onu həyata keçirtmək üçün Azərbaycanda firqənin yaranmağını qanuni lazım hesab etmişdir. O dövrdə İranı bir ovuc fasid, oğru və istifadəçi Pəhləvi rejiminin ünsürləri öz əllərində oyuncaq etmiş, xalqları tərəqqi və təkamül karvanından dalda qoymuşlar.

Cavanşir müəllim çıxışının ardında xatırlatdı ki, başda duranlar xalqı qarət etməkdən başqa bir işəri yox idi. Tam fəsad, bədbəxtliklər, fəlakət hər yerdə rişə salmışdı. Diktator və diktatorpərəstlər İranda yaşayan xalqları uçuruma aparırdılar. İranda yaşayan xalqlar öz ana dillərindən mərhum edilmiş, özlərinin qızıl törədən torpaqlarında fəqir, əsir, yoxsul halda yaşamağa məcbur olmuşlar. Azərbaycan türklərinin şəxsiyyəti, dili, milləti təhqir edilirdi. Rza xanın siyasəti, onun rəsmi nümayəndəsi olan Abdulla Müstofi kimilər, Azərbaycan xalqına təhqir edici sözləri hələ də bayquş səsi kimi Azərbaycan xalqının bu gündə qulaqlarında səslənir. Bu səbəblərdən Azərbaycan Demokrat Firqəsi təsis olundu.

12 şəhrivər bəyannaməsini yayandan sonra 100 mindən artıq həmin müraciətnaməyə səs verdilər və firqənin ətrafında toplaşdılar. Konfransın gedişatında iştirakçılar xoş sözlərlə firqəni təbrik edərək, öz xatirələrini, eşitdiklərini, himayələrini Azərbaycan Demokrat Firqəsindən bəyan etdilər. Azadlıq, ədalət, milli hökumət şüarini xalqımızın milli ideyasının əsasları kimi bu gün də Azərbaycan şəhərlərinində firqəçilər tərəfindən mübarizə meydanlarında uca səsləri hər yerdə eşidilir.

Üç saatdan artıq davam edən konfransda iştirakçıların sualları cavablandırılaraq, Azərbaycan Milli Hökumətinin himni ilə başa çatdı.

Raportu hazırlayan: Beyrək

Şərhlər bağlıdır.