ALMANİYANIN ƏN BÖYÜK HEROİN PARTİYASI

MƏNŞƏYİ İRANDIR

İrandan narkotik alveri ilə məşğul olan dəstə ilə əlaqəsi olan 4 nəfər Almaniya və Hollandiyada həbs edilib. Rəsmilərin məlumatına görə, saxlanılanlardan biri iranlıdır.

Reuters-in məlumatına görə, prokurorlar sentyabrın 9-da bildiriblər ki, polis qaçaqmalçı dəstəyə qarşı apardığı əməliyyat zamanı təxminən 700 kiloqram heroin müsadirə edib. Bu, Almaniyada aşkar edilmiş ən böyük heroin partiyasıdır.

Hollandiyada tutulan şəxslərdən birinin 35 yaşlı iranlı olduğu bildirilir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.