İRANDA TÜRK FESTİVALI

İranda ilk dəfə türklər yaşayan bölgələrin adət-ənənələri ilə bağlı festival keçiriləcək.

Bu barədə İranın mədəniyyət portalı olan “Teatr” saytı məlumat yayıb.

“İran türkdillilərinin milli-ənənəvi ritual festivalı” adlı mədəni tədbir Orfan Azad Teatr İnstitutunun himayəsi və Zəncan əyalətinin mədəniyyət qurumlarının dəstəyi ilə keçiriləcək.

30 yanvardan başlayaraq Zəncan şəhərində baş tutacaq festival iki mövzu əsasında – “Türk hekayə və lətifələrinə əsaslanan yerli-ənənəvi ritual sənətləri” və “Qədim yerli oyunları və türk ritualları” – keçiriləcək.

Azerbaycan-ruznamesi.org: Festivalın keçirilməsi yaxşı haldır. Təki repertuarı müəyyənləşdirən mollalar olmasın.

Şərhlər bağlıdır.