TEHRANDA DAHA 2 JURNALİST SAXLANILDI

Tehranda Səidə Şəfii və Mehrnuş Zarei adlı iki jurnalist təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Azerbaycan-ruznamesi.org  xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Səidə Şəfiinin hara aparılması barədə məlumat verilməsə də, Mehrnuş Zareinin Tehranın Evin həbsxanasına köçürüldüyü müəyyənləşdirilib.

Qeyd edək ki, bununla da İranda etiraz aksiyaları başlayandan bəri saxlanılan jurnalistlərin sayı 79 nəfərə çatıb.

Şərhlər bağlıdır.