Yəzdin “Sərdab” komandası 2022-2023-cü ilin İran Super Liqasının çempion olub. Valeybolçular Harazın “Amal” voleybolçuları üzərində 3:0 (25-23, 25-20, 25-19) hesabı ilə qalib gələrək çempion titulunu qoruyub saxlayıb.
Həlledici matçda Tehranın “Azadi” zalında baş tutub. “Sərdab”ın oyunçusu Əmir Qafur komandasına 19 xal qazandıraraq ən məhsuldar oyunçu olub.
“Sərdab” bu ilin may ayında Bəhreyinin paytaxtı Manamada kişilər arasında Asiyanın klub çempionatında İranı təmsil edəcəkdir.
Şərhlər bağlıdır.