MİLLƏT VƏKİLİ HÖKUMƏTİN İQTİSADİ SİYASƏTİNİ TƏNQİD ETDİ

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Mahmud Əhmədi Biğəş hakimiyyətin iqtisadi siyasətini tənqid edərək vətəndaşları aldatmaqda ittihamlandırıb.

O, bu barədə özünün tvitter hesabında paylaşım edib.

Millət vəkili İranın Proqram və Büdcə Təşkilatının rəhbəri Məsud Mirkaziminin inflyasiyanı nəzarətə ala biləcəkləri ilə bağlı çıxışını əsassız iddia adlandırıb.

“Müəllimlərin bir aylıq əmək haqlarını ödəməyə gücü çatmayanlar böyük iddialar edirlər”,- parlamentin üzvü yazıb.

Qeyd edək ki, son vaxtlar müəllimlər və təhsil işçiləri əmək haqlarının ödənilmədiyi üçün İranın onlarla şəhərində etiraz aksiyaları keçiriblər.

Azerbaycan-ruznnamesi.org

Şərhlər bağlıdır.