İRANLI AİLƏLƏRDƏN TƏLƏB: ÖLÜM HÖKMLƏRİ DAYANDIRILSIN!

İranda ölüm hökmləri son vaxtlar daha intensiv şəkildə artıb. Onların arasında hətta yetkinlik yaşına çatmayan uşaqlar da vardır. Bu acınacaqlı hal həm ölkə daxilində, həm də dünya ictimaiyyətində kəskin etirazlar doğurur.

Bir qrup iddiaçı ailə bəyanat yayaraq beynəlxalq ictimaiyyətdən, dünyanın bütün insan haqları təşkilatlarından və qurumlarından İranda hökumət qətllərinin, edam dalğasının dərhal dayandırılması, etirazçıların ölüm hökmlərinin ləğvi üçün hər cür tədbir görmələrini və hərəkətə keçmələrini xahiş ediblər.

Sənəddə deyilir: “Biz, müraciət edənlər, siz hörmətli insanlardan, bütün tələbkar təşkilatlardan və dünyanın bütün hüquq müdafiəçilərindən xahiş edirik.

Edam hökmlərini ləğv etmək və yaxınlarımızın həyatını xilas etmək üçün bizə qoşulun və İranda ölüm hökmlərini dayandırmaq üçün hər cür cəhdi göstərin. Dəfələrlə dediyimiz kimi, hamımız birlikdəyik və birlik və yekdilliklə ölüm hökmlərinin ləğvini tələb edirik”.

Bu ailələr 43 ildən artıqdır ki, hökumətin fərmanları ilə insanların edam olunması və öldürülməsi kimi dərin yaranın cəmiyyətin bədənini və ruhunu bıçaqladığını, insanların ruhlarına hər gün daha dərin yaralar vurduğunu bildiriblər.

– Son bir neçə həftədə artan edam dalğası qadın hüquqları, həyat, azadlıq fəryadı ilə küçələrə çıxan etirazçılardan qisas almaqdır.

Biz, bədənlərində və ruhlarında sevdiklərini küçədə, dar ağacında, itirmək kimi dərin yaralar olan ailələr, insanların edamını və öldürülməsinin dayandırılması, bütün edam hökmləri dərhal ləğv olunması üçün fəryad edirik”.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.