İRANIN KEÇMİŞ PREZİDENTİNƏ İKİ MADDƏ ÜZRƏ CİNAYƏT İŞİ AÇILIB

İranda keçmiş prezident olmaq cinayət məcəlləsinin məsuliyyətindən azad etmir. Sabiq dövlət başçısı Həsən Ruhaninin də barəsində cinayət məcəlləsinin iki maddəsi üzrə iş açılıb.

Bu barədə məlumatı İran İslam Şurası Məclisinin (Parlament) üzvü Nəsrullah Pejmanfər açıqlayıb.

Belə ki, H.Ruhaniyə qarşı 700 min nəfərin şikayətilə bağlı iş prokurorluğa göndərilib. Məsələnin ən qısa zamanda araşdırılacağı, onun barəsində həbs-qətimkan tədbiri və ya məhkəmə qərarı veriləcəyi gözlənilir.

Həsən Ruhani birja problemləri və valyuta bazarına müdaxilədə ittiham olunur.

Şərhlər bağlıdır.