Elə oğulları yenə istəyir Vətən!

Xalq artisti Valeh Kərimovla söhbət

Bu ilin dekabrında 21 Azər hərakatının 80 illik yubileyi qeyd ediləcək. Yaxşı
yadımdadır, qardaşımla bakıda Dram teatrında keçiriləcək bu tədbirə necə
sevinc hissi ilə hazırlaşdığımızı heç vaxt unutmaram. Pal-paltarımızı səliqə ilə
qaydaya salıb orada olduq.
Azərbaycan Demokrat Firqəsinin çıxışlarından sonra bədii hissə başladı.
İfaçıların hamısı Cənubi Azərbaycanda boya-başa çatmış insanlar idi. Rübabə
Muradova, Novruz Feyzullayev, Rövşən Behçət, şairlər, yazıçılar,
dramaturqlar, bir sözlə ölkədə kifayət qədər tanınan insanlar səhnədə bir-birini
əvəz edirdi. Apzrıcı Valeh Kərimovu səhnəyə dəvət etdi. Firqə kadrı Məhərrəm
kişinin övladı teatr və kino sənətində inamlı addımlarını atan şair yüksək
intellekti ilə hamının qəlbini oxşadı. Xalq şairi Balaş Azəroğlunun “Elə oğul
istəyir Vətən” şeirini şövqlə söylədi.
Yadımda qalan sürəkli alqışlar və bir də şeirin necə pafosla səslənməsi idi.
İndi bu poetik nümunəni yenidən eşidərək retro duyğularla xəyalən keçmişə
qayıdıram. İstərdim azərbaycan xalq artistinin, yadda qalan səhnə obrazlarının
müəllifi Valeh Kərimovu ən əvvəl bu rakursdan qəbul edib bir daha alqışlayaq.
Yəni İncəsənət TV-yə müsahibəsində səsləndirdiyi kimi.
Həmin müsahibəni dinləyicilərə təqdim edirik.
Nadir Ajannejat,
Bakı şəhər sakini

Şərhlər bağlıdır.