Azərbaycanın tarixi paytaxtında (Təbrizdə ) etiraz davam edir

Şərqi Azərbaycan əyalətinin Rabitə və Telekommunikasiya İdarəsinin müqaviləli işçiləri fevralın 12-dən başlayan tətili fevralın 13-də də davam etdiriblər.

Axar.az xəbər verir ki, bu barədə Azad İşçilər Birliyi məlumat yayıb.

Şərqi Azərbaycan əyalətinin Təbrizdəki Mərkəzi Telekommunikasiya İdarəsinin qarşısına toplaşan etirazçılar əmək haqlarının ödənilməməsinə, sığorta və qanunla nəzərdə tutulmuş başqa hüquqlarının təmin olunmamasına etiraz ediblər.

2 gündür işi dayandıran narazı işçilər illərdir rəsmi işçilərlərlə müqayisədə daha çox işlədiklərinə baxmayaraq, əmək haqqı və müavinətləri arasında böyük fərq olduğununu deyiblər.

Narazı işçilər rəhbərliyin onlarla görüşməyəcəyi və problemlərinin həlli ilə bağlı zəmanət verilməyəcəyi təqdirdə tətil və etiraz aksiyasını davam etdirəcəklərini bildiriblər.

Şərhlər bağlıdır.