İran rejimi son illərdə regionda geosiyasi və hərbi mövqeyini gücləndirmək və
xarici təsirlərdən qorunmaq üçün səylərini artırır. Bu, regiondakı terror
təşkilatlarını hərbi və maliyyə baxımından dəstəkləmək və Rusiya və Çin kimi
dünya gücləri ilə münasibətləri dərinləşdirməklə həyata keçirilir. Bu inkişaflar
Qərbi, Çin və Rusiyanın İrandakı təsirini yumşaq yanaşmalarla azaltmağa
məcbur edir. Eyni zamanda İran öz nüvə və silah proqramını, o cümlədən
inkişaf etmiş raket və pilotsuz uçuş aparatlarının hazırlanmasını davam etdirir.
Bu isə bu günə qədər Qərbin İranla birbaşa hərbi qarşıdurmaya getməkdən
çəkinməsinə səbəb olur.
İran-Rusiya əlaqələri güclü olsa da, hələ də gərginlik potensialı mövcuddur.
Rusiya bir tərəfdən öz qonşuluğunda nüvə gücünün olmasını istəmir və digər
tərəfdən Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında planlaşdırılan
Zəngəzur dəhlizi ilə bağlı İranla fikir ayrılıqları yaşayır. Hazırda dəhliz olmadığı
üçün Azərbaycanla Naxçıvan arasında mal mübadiləsi İran ərazisindən keçir.
Əgər Rusiyanın dəstəklədiyi “Zəngəzur dəhlizi” planı həyata keçirilsə, İran
iqtisadi zərərlə üzləşə bilər. Buna görə də İran rejimi bu planlaşdırılan dəhlizin
qurulmasına qarşı müqavimət göstərir. Lakin Tehran rejimin əsas səbəbi,
nəzərdə tutulan “Zəngəzur dəhlizi”nin qarşısını almaqla Türkiyə, Azərbaycan
Respublikası və Mərkəzi Asiyanın türk dilli respublikaları arasında sıx
əməkdaşlığı dayandırmaq ümidi ilə bağlıdır.
Enerji daşımaları üçün Qərb üçün mühüm rol oynayan Ərəb-Fars Körfəzi də
əhəmiyyətli bir mərkəzdir. İranın bu marşrutu bağlamaq və ya qonşu ölkələrdə
nəqliyyat gəmilərinə və neft mənbələrinə hücumlar həyata keçirmək ehtimalı
Qərbin ehtiyatlı mövqeyinə təsir edir. İranla bağlı başqa bir ehtiyat səbəbi isə
ölkənin daxilində vahid demokratik müxalifətin olmaması şəraitində etnik
vətəndaş müharibəsi və Avropaya yeni qaçqın axınlarının baş verə biləcəyi
qorxusudur.
Ərəb ölkələrinə silah satışı və beynəlxalq bazarlarda qaçaq-ucuz İran neftinin
alınması kimi iqtisadi üstünlüklər də mühüm faktorlardandır. Ölkə daxilində isə
İran hökuməti təzyiq tədbirlərini artırır ki, bu da daha çox həbslər və edamların
artması ilə müşahidə olunur. Eyni zamanda rejim Suriyada və Livanda öz
müttəfiq qüvvələrinin məğlubiyyətinə baxmayaraq, “Müqavimət oxu” müxtəlif
ölkələrdə islam-şiə yönümlü terror qruplarının yaradılmasını və fəaliyyətini fəal
şəkildə dəstəkləyir.
İran müxalifətçiləri və tənqidçiləri isə sürgündə təhdid olunur, bəzən isə dini
fətvalarla susdurulur və ya öldürülür. Salman Rüşdi və Şimali Azərbaycanın
yazıçısı və publisisti Rafiq Tağının halları buna misaldır.
Bu inkişaflar Qərbi öz İran siyasətinə yenidən baxmağa məcbur edir. belə ki,
aydın təcavüzlərə və insan haqların pozuntularına baxmayaraq, İran rejiminə
səssiz dəstək göstərilir.
Bu mürəkkəb vəziyyət beynəlxalq siyasətin və təhlükəsizlik maraqlarının tez
tez mənəvi və etik baxımdan mübahisəli kompromislərə yol açdığını göstərir.
Ahmad Omid Yazdani,
Almaniya
Şərhlər bağlıdır.