İran mediasında yayılan məlumata görə Prezidenti Məsud Pezeşkian
parlament məsələri üzrə köməkçisi Şəhram Dəbirininin Antarktida gəzintisi ona
baha başa gəlib.
İran mediasının yazdığı məlumatda deyilir: “istirahət səfərində olmağınız
təsdiqləndi. İnsanlara iqtisadi təzyiqlərin yüksək olduğu və məhrumiyyətlərin
çox olduğu bir şəraitdə məmurların hətta şəxsi hesabına belə bahalı istirahət
səfərləri müdafiə oluna və əsaslandırıla bilməz. Sizinlə çoxillik dostluğumuz
dürüstlüyə, ədalətə, xalqa verdiyimiz vədlərə əməl etməyə mane olmur”,-
Pezeşkian bildirib.
Şəhram Dəbirinin Antarktidaya səfəri ilə bağlı məlumat və fotoların yayılması
vətəndaşların etirazına səbəb olub.
Narazılar, vətəndaşları qənaət etməyə və dözümlü olmağa çağıran hökumət
üzvlərinin bahalı səfərlər etmələrini qınayıblar.
Şəhram Dəbiri fotoların əvvəlki illərə aid olduğunu iddia etsə də, sonradan onun
yalan danışdığı və yenicə səfərdən qayıtdığı təsdiqlənib.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.