ABŞ-la İran arasında davam edən gərginlik pik nöqtəsinə çatır. Qarşılıqlı
təhdidlər, diplomatik cəbhədə davam edən soyuq müharibə mövcud gərginliyi
xeyli dərinləşdirdi. İran prezidenti Məsud Pezeşkian seçki dönəmində bütün
dövlətlərlə qarşılıqlı əməkdaşlığa önəm verəcəyini bəyan edirdi. Amma, lakin
prezidentlik dövründə Pezeşkianın belə addımlarının mühafizəkarlar tərəfindən
qarşısının alındığı gerçəklidir. İndi artıq İrana qarşı hücumlar, bu ölkənin hərbi
obyektlərinin bombalanması reallığa çox yaxındır.
Müşahidələrimizə görə, rəsmi Tehran dərk edir ki, qeyri-standart, dəlisov
siyasətçi ABŞ prezidenti Donald Tramp İrana hər an hücum əmrini verə bilər.
Ona görə, qorxulu Tehranın yuxuları ərşə çəkilir. Amma Cənub qonşumuz
qorxunu büruzə vermir. Hətta İranın ali rəhbəri Ayətullah Əli Xameneinin ordunu
yüksək döyüş hazırlığı vəziyyətinə gətirdiyini bildirib. Hətta dini rəhbər 6 ölkəyə
xəbərdarlıq göndərərək bildirib: “ABŞ-ın mümkün hücumuna hər hansı dəstək,
o cümlədən sözügedən ölkənin qoşunlarının yerləşdirilməsi və hava
məkanından istifadə üçün ərazinin verilməsi düşmənçilik aktı kimi
qiymətləndiriləcək. Belə bir hərəkətin onlar üçün ağır nəticələri olacaq”.
Adında islam olsa da, islami dəyərlərə əməl etməyib, hər zaman terrorçu,
məscidləri, dini abidələri dağıdan Ermənistana qucaq açan İranın indiki
acınacaqlı aqibəti göz qabağındadır. Biz yalnız və yalnız İrandakı 40 milyona
yaxın soydaşlarımıza görə narahatıq. ABŞ tərəfdən İranın yalnız hərbi
infrastrukturlarına hücüm ola bilər. Yaşayış məntəqələrinin, mülki vətəndaşların
zərər çəkməyəcəyini ehtimal etmək olar.
Biz bütün anlarda prosesləri dərindən izləyərək, yaranacaq situasiyalara hazır
olmalıyıq. Regionda sabitlik və ümumilikdə İranın xilası türk dövlətinə
çevrilməsindən başlaya bilər.
Əkrəm Bəydəmirli
Növbəti
Şərhlər bağlıdır.