Hicab çörəyə də maneədir
İranın şəhərlərində hicabla bağlı qadağaların tətbiqinə dair xəbərlər gəlir. Bu
günlərdə Qum şəhərinin ən böyük ticarət mərkəzi olan “Mehr və mah”
kompleksi məcburi hicab qaydalarının pozulduğuna görə bağlanıb. Bu barədə
yerli media məlumat yayıb.
Xəbərdə deyilir ki, mağaza sahibləri hicab qaydalarını pozanlara xidmət
göstərməmək barədə xəbərdarlığa tabe olmadıqlarına görə cəzalandırılıblar.
“Fars” xəbər agentliyi ticarət mərkəzində “əxlaq polis”lərinin döyüldüyünü
yazıb.
Eyni zamanda Kaşmər şəhərində də eyni səbəbə görə şadlıq sarayının
fəaliyyətinə qadağa qoyulub.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.