“Azad İran” “Telegram” kanalı xəbər verir ki, iyunun son ikinci ongünlüyündə pensiyaçılar küçələrə axışaraq, aksiya keçiriblər.
Artıq 12 gündür ki, Əhvaz, Kermanşah, Ərak, Şuştər, Rəşt, Şuş, Durud, Sari, Zəngan və digər şəhərlərdə nümayişlər davam edir.
Pensiyaçılar təqaüdlərinin vəd edildiyi kimi 57% yox, cəmi 10% artırılmasına etiraz edərək hökumət əleyhinə şüarlar səsləndiriblər. Əllərində boş süfrələr olan nümayişçilər bu artımın onlara heç bir xeyrinin olmadığını və verilən təqaüdlə dolana bilmədiklərini vurğulayıblar.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.