SƏFƏVİLƏRİN TARİXDƏ YERİ  

Sosial şəbəkədə bəziləri Səfəvilər dövlətinə qarşı düşmən mövqeyi sərgiləyir. Bu adamlara bəzi məqamları xatırladıram.

  1. Azərbaycan tarixində Səfəvilər qədər Şah İsmayıldan üzü bəri türk dilinə önəm verən ikinci dövlət olmayıb.
  2. Səfəvi hökmdarları dövlət idarəçiliyində qədim türk dövlətçilik ənənələrinə üstünlük veriblər.
  3. Hökmdarların çoxu anası türk olan xatunlarla evlənib və onlardan dünyaya gələn övladlarını taxta çıxarıblar.
  4. Avropa səyyahlarının yazdıqlarından da bəllidir ki, sarayda daha çox işlədilən əsas dil türk dili olub.
  5. Bəylərbəyliklərin içində ən çox diqqət göstərilən vilayət Azərbaycan vilayəti olub.
  6. Hökmdarların içində Şah İsmayıl qədər heç bir hökmdar türkcə şeir yazmayıb.Hətta heca vəznində ilk şeir yazan hökmdar olaraq adı tarixdə keçir.
  7. Dövlətin rəsmi adı “Dövləti qızılbaşiyyədi” Qızılbaş ifadəsi həmin dönəmdə ancaq türklər üçün işlədilib.
  8. Orduda aparıcı qüvvəsi ancaq türklər idi.

Elmar Həsənli,
tarixçi

Şərhlər bağlıdır.