URMU VƏ TƏBRİZDƏ FƏALLAR HƏBS EDİLDİ

Oktyabrın 8-də Azərbaycanın Güneyinin şəhərlərində baş tutan kütləvi etirazlarda saxlanılanlardan ikisinin kimliyi bəlli olub.

Aylar Əhmədi Urmu şəhərində, Fəraz Məhəmmədi isə Təbrizdə İranın təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq naməlum yerə aparılıblar.

Aylar Məhəmmədinin dostların onun Urmu şəhərinin “Fələkeye Behdari” meydanında həbs edildiyini bildiriblər. Fəraz Məhəmmədinin isə saxlanıldığı zaman döyüldüyü və bədən xəsarətləri aldığı qeyd edilib.

Onların saxlanılma səbəbi və ittihamları barədə məlumat verilməsə də, oktyabrın 8-də kütləvi dinc etiraz aksiyaları ilə bağlı həbs edildikləri güman edilir.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.