FÜZULİ HEYKƏLİ ƏTRAFINDA ERMƏNİ-FARS OYUNLARI

Azərbaycanın bütün söz sənəti adamlarının yadigarları hər bir həmvətənimiz üçün dogma və əzizdir. Xalqımız bu insanların xatirələrini yaşatmaq üçün imkanlarını əsirgəmirlər. Qarabağımız erməni vəhşiləri tərəfindən işğala məruz qalanda sənətsevərlərimiz o göçəköçdə həyatlarını təhlükəyə ataraq  abidələrin xilası naminə həyatlarını belə əsirgəməyiblər.

Bu erməni vandalizminin göz önündəki nifrətindən yaranan vəhşilik idi ki, mahiyyətcə başa düşmək olardı. Maddi-mənəvi abidələrimizi məhv etməklə kim olduqlarını ortaya qoyurdular.

Qarabağ erməni tapdağından azad olunanda Məhəmməd Füzuli kimi dahilərin abidələri dağıdılmış vəziyyətdə tapıldı. Heykəl eyni adlı rayon mərkəzində tamamilə yarıtmaz hala salınmışdı. Yerləşdiyi parkın ərazisi isə cəngəlliyə çevrilmişdi.

Söz yox ki, zaman-zaman bütün yaralar sağalacaq, Füzuli şəhəri də əvvəlkindən daha yaraşıqlı görünəcək. Deyirlər ki, dost-dostu çətin gündə, sınaqlarda tanıdığından yaddaşımız bu dəfə daha iti olacaq.

Söhbət çoxsaylı faktlardan birindən-Təbrizdə Məhəmməd Füzulinin abidəsinin qorunmasına göstərilən ögey münasibətdən gedir.

Bu abidənin Təbriz bələdiyyəsinin Mənzəriyyə xiyabanında qoyulması məsləhət bilinib.

2020-ci ilin ortalarında abidə götürüləndə Təbriz bələdiyyəsinin rabitə və beynəlxalq işlər üzrə baş direktoru Səid Hacızadə bildirib: “Mənzəriyyə meydanında Molla Məhəmməd Füzulinin heykəlinin sökülməsi bəzi təmir işləri ilə əlaqədar idi. Təmirdən sonra böyük şairin heykəli yenidən yerinə qoyulacaq”. Xatırladaq ki, bir həftə əvvəl abidə gözlənilmədən “itkin düşmüş” və bununla bağlı heç bir rəsmi açıqlama verilməmişdi.

Elə bu anda ictimai rəy köməyə gəlib. Qorxuya düşən bələdiyyə rəhbərliyi tezliklə heykəli yerinə qaytarmağa məcbur olublar.

İki gün əvvəl isə Təbriz şəhərində Füzulinin heykəli üzərinə təhqiramiz sözlər yazıldığı barədə xəbəri o taylı, bu taylı Azərbaycanımızın əksər media orqanları yayıblar. Təbii ki, bu sözlərin “müəllifləri” camaatın reaksiyasını yoxlamaq məqsədi güdürdülər. İmzanın, kimliklərinin bu günədək bilinməməsi xalq qəzəbindən irəli gəlib.

Azərbaycanlılar Məhəmməd Füzulini sevir və adını əbədi hörmətlə saxlamaq üçün heç bir təhlükədən çəkinmirlər. Şübhəsiz elə qorxunu yaradan budur.

Rəhim Gəncəli

Şərhlər bağlıdır.