DAŞQINLAR ƏHƏRDƏ 50 KİLOMETR YOL VƏ 9 KÖRPÜYƏ ZİYAN VURUB

Əhər şəhərinin yol və nəqliyyatı idarəsinin rəisi deyib: Bu şəhərdə iki aşamalı selin baş verməsi yollara və texniki binalara 11 milyard tümən ziyan vurub.

Qasım Qəməri jurnalistlərə verdiyi müsahibədə deyib: Son daşqınlarda şəhərin 50 kilometr yolları və 9 körpü zədələnib, bir körpünün aşırımı tamamilə dağılıb, bir körpünün aşması yüzdə 40 və yeddi Körpü də bir qədər xəsarət alıblar.

Əhər şəhəri yol və nəqliyyatı idarəsinin rəisi bu ilin iş mövsümünün sonuna kimi dağılmış körpü və yolların yenidən qurulmasını elan edib və deyib: Zərərlərin ilkin forması hazırlanaraq qubernator vasitəsilə Doğu Azərbaycan Qubernatorluğunun böhran idarəsinə göndərilib.

Son həftələrdə Azərbaycanın bəzi bölgələrində baş verən daşqınlr çoxlu ziyanlara səbəb olmuşdu.

İyunun 18-i axşam saatlarında Ərdəbil əyalətinin bir neçə bölgəsində sel daşqınları nəticəsində onlarla kəndin yolu bağlanmışdı.

Qeyd edək ki, iyunun 14-dən başlayaraq Ərdəbil əyalətinin Biləsuvar və Germi bölgələrində baş verən sel daşqınları nəticəsində 8 nəfər həyatını itirib.

Şərhlər bağlıdır.