Xocalını unutmayacağıq!

Dəyərli izləyicilər bu gün Xocalı faciəsinin 32-ci il dönümüdür.Biz bu günü böyuk hüznlə anırıq.Bu Xocalıda Azərbaycan Bayrağı, qəhrəman ordusumuz və zəhmətkeş xalqımıza, uzaq görən dövlət başçımızın cəsarətini sayəsində, Xocalıda dalğalanır.Allah şəhidlərimizə rəhmət, qaxilərimizə can sağlığı versin!
32 il öncə Xocalıda fevralın 26- dan 27- nə keçən gecə Erməni tərəfin qətnamə baş vermiş, bir şəhər əhalisi soyqırıma məruz qalmış və 700 dən çox insanlarımızın Azərbaycanlı olduqları üçün qətlə yetirilmişlər.O, günahsız insanların xatirəsi heç vaxt unudulmayacaq ,ruhları şad,xatirələri həmişə əziz qalacaq. Biz qətiyyətlə bu və digər erməni təcavüzünün pisləyərək, Ermənistan tərəfindən vurulan ziyanlarının bərpasını və gələcəkdə xalqımıza qarşı yenidən zərərlər verəcək imkanların qarşısının alınmasının tərəfdarıyıq.
Açıq desək bu gündə Ermənistan yenidən Azərbaycana qarşı müharibə hazırlaşır və müharibə etmək istəyir.Yenidən Azərbaycana qarşı ərazi təcavüzünə hazırlaşır. Ermənistan anti Azərbaycan siyasətini davam edərək, həm daxilində həmdə beynəlxalq sahədə yalan və iftiralar yaymaqla, Azərbaycanı suçlayır. Keçmiş 30 ildə 20 faiz azərbaycanın ərazisini işğal edən Ermənistan və bir milyondan artıq azərbaycanlını öz ata- baba yurdunda didərgin salan və Xocalı soyqırımını törədən Ermənitan bu gün beynəlxalq arenada elə təbliğat aparır ki, güya bu cinayət işlərindən xəbəri yoxdur! Atar demişkən oğru elə bağırır ki doğrunun bağrı çatmır!!
Guya ərazilərimiz işqal edən və dinc sakinlərini ev eşiklərindən didərgin salan , 7 rayonu və keçmiş Dağlıq Qarabağın şəhərlər və kəndlərin zəbt edən dağıdan, abidələri məhv edən ,məçid və ziyarətgahları donuz ssaxlanan yerə çevirən ,ermənilər deyirmiş!!
Bu gün Ermənistan Azərbaycanı müharibə tərəfdarıdır kımı dünyaya tanıtdırmağa çalışır!Əcəba şarlatanizm onların rəsmi siyasəti kimi dayanmaq bilmir! Ermənistan 9 noyabr kapitolasiyon aktından sonra da dəfələr atəşkəsi pozub, Azərbaycan ərazilərində yeni minalar basdırıb, keşmiş minaların xəritəsini verməkdən imtina edib , həmin səbəblərdən 400-dən artıq əsgərlərimiz minaya təsadüf nəticəsində şəhid olublar.
Ermənistan hatta 150 milyard dollar vurduğu iqtisadi xəsarəti ödəməkdən imtina edir, a ıq-aşkar bu işdən boyun qaçırır. Zəngəzur koridorunun açılmasını əngəlləyir. Azəbaycanın Naxçıvan bölgəsini blokada saxlamağa hələdə israrlıdır.
35 ildən çoxdur ki Naxçıvan əhalisi blakada saxlanaraq , bu işdən minlərcə çətinlik çəkirlərlər.
Bunlardan başqa, Ermənistan Cənubi Qafqazı yeni müharibəyə ocağına çevirməkdən çəkinmir.Fransa ,Hindistan, İranı bu işə cəlb edir.
Biz bir daha Xocalı faciəsinin ildönümü münasibətilə şəhidlərimizi anaraq, onların xatirələrini əzizləyərək Ermənistanın sülhə qarşı atdığı addımları məhkum edirik və azərbaycan xalqının səsini dünya ictimaiyyətina çatdırmağı özümüzə borc bilirik.
2024-02-26
1402-12-07
Cavanşir

Şərhlər bağlıdır.