İran rəhbəri Əli Xamənei HƏMAS-ın 2023-cü ilin 7 oktyabrında İsrailə
hücumunu təqdir edib və bunun Yaxın Şərq üçün vacib məsələ olduğunu
söyləyib.
O, bu barədə Ruhullah Xomeyninin dəfn olunduğu yerdəki çıxışında deyib.
Xomeyninin açıqlamalarına toxunan Xamənei üstüörtülü şəkildə
fələstinlilərdən Qəzzada atəşkəs üçün İsraillə danışıqlara getməmələrini
istəyib.
“Razılaşma müzakirələrinə əhəmiyyət verməyin”,- İran rəhbəri bildirib.
Ekspertlər Əli Xaməneinin bu çıxışını İranın bölgədə sülh və sabitliyin
əleyhinə olmasına dair növbəti fakt hesab edirlər.
Ərəb ölkələri və mədəni dünya sülhün bərqərar olması üçün danışıqlara
çağırışlar etdikləri halda, İran rəhbərinin bu çıxışı Tehranın gərginliyin
artmasında maraqlı olduğunu göstərir.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.