“İranın yeni seçilən prezidenti Məsud Pezeşkianın imkanları, vəzifə səlahiyyətləri və görəcəyi işləri bəzən çox şişirdirlər. Əgər İran indiyə qədər Türk Dövlətlər Təşkilatına üzv olmaq və ya müşahidəçi statusu almaqla bağlı müraciət etməyibsə, bunu sonradan seçilən Prezident edə bilməz”.
Bu fikirləri Editor.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, İranşünas Sədrəddin Soltan deyib.
Onun sözlərinə görə, İranda istənilən təşkilata üzv olmaq , xüsusən TDT-yə üzv olmaq məsələsini İran Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei həll edir:
“O, bu təşkilata üzvlüklə bağlı icraçı funksiyanı daşıya biləndir. Rəsmi Tehran Ali Rəhbəri bunu istərsə TDT-yə üzv ola bilər. Digər tərəfdən İranda panfarsçı qüvvələr İranı türk dövləti saymır. Belə olduğu halda İranın TDT-yə üzv olması məsələsində də problem yaşana bilər. İranın müsəlman ölkəsi olmasına baxmayaraq, Ərəb Dövlətləri Liqasına üzv ola bilmədiyi kimi TDT-yə də üzvlüyü mümkünsüzdür. Yeni Prezidentin belə bir cəhd edəcəyini bildirmək də ona problem yaratmaq deməkdir”.
//Gülnarə Abasova, Editor.az
Link: “İranın yeni prezidentinin vəzifə səlahiyyətləri çox şişirdilir, belə ki…”
Şərhlər bağlıdır.