Qədim dünya tarixi araşdırmalarında uzun bir yol qət edilib. Qlobal informasiya şəbəkələrində çox böyük informasiya resursları yerləşdirilib. Burada elmi materiallarla yanaşı, çox böyük həcmdə təbligat xarakterli materiallar və “yanlış informasiya” resursları da diqqəti cəlb edir. Lakin qeyd olunmalıdır ki, mötəbər elmi araşdırmalar içərisində də bir qanuna uygunluq hiss olunur. Mötəbər elmi müəssisələr dünya tarixində əsasən ya “brend” hesab edilən mövzuları, ya da tarixin səhifələrində “brend axtarışı” edirmiş kimi fikirlər yaranır. Burada, “HİSTORY OF PERSİA” “tarixdə brend”mövzularına müraciət etmək və tarixi araşdırmalarda qeyri elmi mülahizələrə diqqət çəkmək nəzərdə tutulur.
Kir (Kruş) m.ö. VI əsrin ortalarında qiyam qaldırır və Midiya torpaqlarını ələ keçirir. Kilikiya könüllü təslim olur. O, m. ö. 539-cu ildə Babilistanı işgal edir, şərqə yürüşü zamanı isə həlak olur və (pasarqard, təxti cəmşid) Şiraz yaxınlıgında, “Pasaraq dagda” bastırılır. Kir Midiya hökmdarı Astiyaqın qız nəvəsidir. Mifalogiyaya görə o, böyüdükdən sonra Pars əyalıtinin başına keçir, qiyam qaldırır və 3 dəfə Astiyaqla muharibə edir. Üçüncü dəfə qalib gəlir və hakimiyyəti ələ alır.
Kirin(Kruşun) oglu Kambiz( Kambuçiyə) Misirə yürüş edir. Misir kahinlərinin (sehirbazların) xeberdarlıgına görə Kambiz Ekbatana gələn kimi ölməliymiş. Belədə oldu, ayagından yaralanır və bir aydan sonra qanqrenadan ölür. Kambiz sehrbazların məsləhəti ilə hökmdar ola biləc kiçik qardaşını öldürür və öz ölümündən sonra ölkədə qarışıqlıqlar olur. Suz şəhərində dövləti idarə edən Midiyalı kahin Qaumata (422-423) Yeddi nəfər saray əyanları vasitəsilə devrilir və Dara (Daryuş, Daryavuş) hakimiyyətə gəlir. O (Dara) , m.ö. 512-ci ildə Bosfor bogazını keçir və Yinanıstana yürüş edir. Skiflərlə döyüşü uduzur, lakin 490-cı ildə Yunanıstanın bir sıra şəhərlərini işgal edir.
Bu ölkənin üç paytaxtı var. Pars şəhəri Suz, midiyanın şəhəri Sard, və Pasarqard. Mənbələr iddia edir ki, perslər Babilistan (İraq) ərazisində yaşayırdılar və ildə bir neçə dəfə Persepola gəlirdilər. Bu da müxtəlif dini ayinlərin icrası ilə əlaqədar idi.
İlk baxışdan bu hadisələr adi tarixi hadisələr olaraq görünsə də Kirin hakimiyyətə gəlməsi dini rəvayətlərlə bəzədilib və sonrakı mərhələlərdə də belə rəvayətlər mütəmadi “istehsal” olundugunu görürük.
Bisitun yazılarında qeyd olunur: “Mən Dara Əhaməni (Daryuş və ya Daryavuş), atam Viştasp, atası Arşam, onun atası Ariaramna, onun atası Çişpiş, onun atası Axamen.”
Bisitun yazılarından məlum olur ki, 3 dildə yazılmış bu mətn bir sərkərdənin hekayısidir (sərneveştidir) və qətiyyən milli xarakter daşımır. İngilis alimləri onun I hissəsini “qədim pars” dilində, II hissəsinin elam dilində, III hissəsinin akkad (babil) dilində oldugunu iddia edirlər. XIX əsrin ortalarında İngiltərədə çap olunmuş bu yazıların tərcüməsi indiyə qədər mütəxəssislər tərəfindən ümumi fikrə gələrək elmi təhlil olunmamışdı. Bu yazılara parslar qədər, elamlılar, giləklər, kürdlər, lorlar, bəxtiyarilər, bəluclar və digərləri də iddia edə bilərlər.
Əgər babil və Akkad dilləri sami dillər qrupuna daxildirsə, pars dili hind avropa dillər ailəsinin hind iran dillər qrupuna daxildir. Məlumdur ki, Genri Rolinqsonun tərcüməsində “Adam Daryavuş Şaatiya…Parsay” cümləsindəki “parsay” sözü qədim parsdillilərin hər birini təmsil edir. Ancaq mətnin qalan hissəsi göstərir ki, bu mətin milli birliyi deyil istismarı daha çox ifadə edir və bu istismarın arxasında dini qüvvələr mövcuddur. Bu baxımdan “Esfil və Mardaxeyin” rəvayəti diqqəti cəlb edir.
Rembrantın mükəmməl tablosunun sujeti olmuş “Esfil və Mardaxeyin” əhvalatı Həxamənişilər dövründə Ərdəşirin arvadı olmuş Esfil və yəhudi kahini Mardaxeyin dövlət daxili intriqaları təsvir olunur. Məlumdur ki, Sarqon fələstindən köçürülmüş yəhudiləri şərq ərazilərinə köçürür və Urmiyə ətrafında xeyli yəhudi məskunlaşır. Həmədan şəhərində yaşayan çox sayda yəhudini himayə edən Esfil saraydaxili intriqalarda qalib gəlir və 2300 ildir ki, yahudi dini bayramı olan “Purim” bayramı da bu hadisədən başlanır.
Bisitun mətninin tərcüməsi sanskrit yazılarının köməyi ilə olduguna görə, eləcədə parsların hindistanla tarixi əlaqələrini nəzərə alaraq iddia etmək olar ki, bu dilin daşıyıcıları m.ö. III yüzillikdə xeyli sayda hindistana köç etdilər. Zaqros daglarına gəlmiş hesab edilən pars tayfaları Midiyalıların əyaləti olur, eləcədə parsların şah olmaq ehtimallarının olmadıgı haqqında rəvayətlər mövcuddur. Midiyalılar zamanı belə hesab edilirdi ki, perslər heç zaman hökmdar ola bilməzlər. Belə bir düşüncə Teymurilər zamanı da hakim idi. Bununla belə, demək olar ki, əksər ciddi elmi yazılarda 220 illik həxamənişi dövləti səbəb oldu ki, İran sözü ilə Persiya sinonom olaraq istifadə olunsun və bu da tarix tədqiqatçılarının ilk “Brend”lərindəndir. Hakimiyyəti Midiyalılardan almış, Midiyalılardan torəmiş hesab edilən, Midiyalılardan daha az hakimiyyətdə olmuş həxamənişilər dovləti hesabana Persiya anlayışı elmi dövriyəyə daxil edilir və İran anlayışı ilə sinonim olaraq bu gün də istifadə olunur. Heradotun verdiyi məlumata görə Midiya hökmdarı Astiyaq öz sərkərdəsinin xəyanəti ilə süqut edir. Altı Midiya tayfası ittifaq edərək Həmədan (Ekbatan-yunancadır, assuriya mixi yazılarında- Amatan) şəhərini qurur. 613-cü ildə Navudanasorun oglu ilə Midiyalı Kiaksarın qızı evlənir. Midiya ilə Babilistan ittifaqı Assuriyanın süqutuna səbəb olur. Lakim Midiya dünya tarixində bred ola bilmir. Ədalət xatirinə demək lazımdır ki, belə bir müqaisə Parfiya ilə əlaqədar da məntiqli olardı.
Dünya tarixşünaslıgına xam material verən bisitun yazılarında 3 dildə -Babil dilində “Urartu”, Elam dilində “Harminuya”, qədim pars dilində “Armina” olaraq yazılmış cografi ad (yalnız Urartu toponimə əsaslanan dövləti ifadə edir) tarixi tədqiqatlarda Armeniya şəkilində bir “brendə” çevrildi, Ur, Uruk, Urmu brend olmadı. Eyni cografi addan birini seçərək dünya tarixində onu növbəti “brendə” çevirmək, tam ciddiyyətlə Urartu hökmdarı Aramın adı ilə Ayk (qədim dillərində isə Hayik adlanmış, orta əsrlərdə toponim şəkilçisi «k» hərfi əlavə olunub, iran dillərindən də «stan» toponim şəkilçisi əlavə olunub və Ayestan ( nə üçünsə hayastan deyil?) olub və bundan başqa daha iki ehtimal irəli sürülür ki, bunların heç birinin agla batan elmi izahı yoxdur. Yalnız qədim dünya tarixi mövzusunda tədqiqatçıların heç biri bu “brenddən” kənar çıxmır.
Son yüz ildə dünya tarixinin qədim tarixi tədqiq edən mütəxəssisləri içərisində uşaqlara məxsus “Mənim atam sənin atandan güclüdür” sindromu aydın görsənməkdədir. Üçüncü qat babalarını tanımayan insanların 3-5 min il qabaq yaşamış babalarının axtarışı da bir qədər qəribə görsənir. Bu meyillər süni meyillərdir və uzun müddət dini mərkəzlər tərəfindən akumulyasiya edilən siyasi prosesdir. Bu meyillər bir çox tədqiqatların elmiliyinə ziyan vurur, mədəni insan təkamülünün həqiqi mənzərəsinin ortaya çıxmasına mane olur.
XX əsrin 30-cu illərində İranda pəhləvilərin tarixi rekonstruksiya səyləri nəticəsində bir sıra yeni yazılı abidələr meydana gəldi ki, bunları yalnız “xüsusi maragı olan” tərəflər mötəbər sənəd hesab edir. Rza Pəhləvinin islahatları ilə də Fars-iran tarixinin aglabatan tarixi arxitekturası yaradıla bilmədi.
M.ö. 330-334-cü illərdə İskəndərin yürüşünə qədər Persiya (Parsay) bir klan dövləti kimi 220 il mövcud oldu. Hakimiyyətə gələn hökmdarların şəcərəsi belə məlum deyil, kim kimin ogludur və onların hansı yolla hakimiyyətə gəlmələri barədə nə mənbələrdə nə də mifalogiyada məlumat verilmir.
İsgəndərin Persipolisi daxıtması və yandırılması haqqında da bir sıra rəvayətlər mövcuddur. Məlumdur ki, Həxamənişilərin paytaxtı hesab edilən üç mərkəzi şəhəri olmuşdur. Bu şəhərlərdən Həmədan (Ekbatan) dagıdılmamış və Suz şəhərində baş vermiş bir hadisə də vəziyyəti təsvir etməyə maraqlı bir misaldır. Rəvayət olunur ki, Suz şəhərində olarkən İskəndər yerə aşırılmış Kseroksun (Xəşayarşa) heykəlinin qarşısında durur və ona baxaraq deyir: “Yunanıstana etdiyin dagıdıcı yürüşlərə görə səni qoyum burda qalasan? Yoxsa şücaətli və layiqli sərkərdə olduguna görə səni qaldırım?” İsgəndər bir qədər baxdı, düşündü və gütdi, qaldırmadı. Belə bir münasibətin fonunda Persipolisin dagıdılması ilə əlaqədar hər hansı bir xüsusi səbəb olmalı idi. Son 100 ildə persipolis və ətrafında aparılan arxeolojı qazıntılar da əsas verir ki, bu şəhərdə əhalinin yaşamadıgı haqqında fikirlər öz təsdiqini tapsın. Şəhərdən daha artıq dini mərkəz funksiyasını yerinə yetirən bu məkanı Yunanlılar fəsad yuvası hesab edirdilər. Məhz bununla əlaqədar oranın yandırılması və dagıdılması haqqında mənbələr müxtəlif məlumatlar verir.
Kruşdan başlayaraq III Daraya qədər hakimiyyət dini qurumların, sehirbaz, cadugərlərin, kahinlərin planlaşdırılması, intriqalar, saray çevrilişləri, xəyanətlər və üzücü müharibələrlə müşaidə olundu. Lakin bu 220 illik hakimiyyət kifayət etdi ki, dünya tarixçiləri İran və Persiya anlayışlarını sinonim olaraq dövriyəyə daxil etsinlər.
Sasanılər dünya tarixində pars (fars) İran dövlətinin mirasçısı və onların ikinci mərhələsi olaraq təqdim olunur. Sasanilərin hakimiyyətindən əvvəl Parfiya və roma arasında xeyli çaxnaşmalar olur. Bu barədə mənbələr nisbətən mötəbərdir. Roma imperatoru Troyan zamanında (53-117-ci illər) Parfiyada “II Valaqezlə” “I Xozroy” parfiyada rəqabət aparır. 114-cü ildə Troyan parfiyaya hücum edir və arminiyanı öz əyaləti edir.
Hakimiyyəti Parfiyanın Ərşakidilərindən əldə etmiş Sasanilər Pars əyalətində İstəxr deyilən bir məntəqənin rəhbəri olmuş Sasanın adı ilə baglıdır. Rəsmi və mötəbər mənbələr hesab edir ki, Sasan və onun oglu Papak Anahid məbədinin baxıcı kahini idilər. Papak və onun ogulları Şapur və Ərdəşirlə birlikdə Pars əyalətinin hökmdarını devirir və hakimiyyətə gəlirlər.
Mənbələr təkid edir ki, parfiyanın Ərşakidləri fars deyildilər lakin sasanilər fars idilər. Ərşakidlər orta asiyadan gəlmiş və parfiyanı işgal edib orada qalmışdılar deyə onlara parfiyalı deyirdilər. Rus tədqiqatçıları təkidlə “Ariyalılar” konsepsiyasını təblig edir və parfiyalıların ari tayfa birliyini təmsil etdiklərini təkid edirlər. Bununla əlaqədər heç bir tutarlı məndə göstərilmir. Yeganə əsaslandırılmış mənbə romalılırdır ki, bu mənbələr Turan konsepsiyasını irəli sürür. Bəs Parsların fars olması (indiki fars əyaləti ilə identifikasiyası) necə müəyyənləşdirilmişdir. Qədim yazılı abidələrdə Qilqameşin dünyaya gəldiyi zaman bir quşun onu götürüb aparması və böyüyüb qəhrəman olması rəvayəti, Musa peygəmbərin doguluşu zamanı zəmbildə Nil çayına buraxılması, Akkad hökmdarı Sarqonun dünyaya gəlişi və Midiyalı Kiyaksarın oglu Astiyaqın qız nəvəsi Kirin(Kruş) dünyaya gəlişi hadisələrinə çox bənzəyir. Nəticədə Qilqameş şumerli olur, Musa yəhudi olur, Sarqon babil olur, Kir persiyalı olur. Bir midiyalıdan bir pars əmələ gətirməklə milli qurur mənbəyi yaratmaq və sonrada qəhrəmanlıq dastanları söyləmək dastan və əsatirlərə xarakterikdir. Lakin bunları elmi, tarixi mötəbər mənbə hesab etmək olmaz.
Mifalogiyadan nəticə çəxararaq milli tarix yaratmaq istəyi sıravi istehlakçıda adi hall olsa da ciddi tarixçilərin belə populizmi tənqid olunmalıdır. Anahid məbədinin baxıcısı olmuş bir qrup kahinin klanlaşaraq dövlət çevrilişi etmək yolu ilə hakimiyyəti heç bir milli əlamətlərə əsaslanmır və hakimiyyətə gəldikdən sonra da klanların dəstəyi ilə dövləti idarə edirlər. Bu Bisitun yazılarında da, erkən xristian yazılarında da öz təsdiqini tapır.
Parfiya hökmdarı V Artaban və pars(fars) əyalətinin başçısı Ərdəşir Əhvaz yaxınlıgında döyüşür. Ərdəşir parfiyanın hakimiyyəti altında olmasına baxmayaraq çevrilişlə hakimiyyətə gəlir və özbaşına Kirman şəhərini işgal edir. Artaban 220-ci ildə pars əyalətinə yürüş edir və 2 günlük döyüş zamanı həlak olur. Sonra Artabanın dərisini soyurlar və “Anahit” məbədinin qapısından asırlar. Məlundur ki, Ərdəşirin babası olan Sasan bir vaxtlar bu məbədin baş kahini olub və ərdəşirin atası Papaq da bu məbədin tərəfdarı idi. “Anahit” məbədinin sasanilər sülaləsinin hakimiyyətə gəlməsində yaqin ki, yaxından iştirakı olmuşdur. Ümumiyyətlə din tarixində qadınların əhəmiyyətli rol oynadıgı məbədlər çox olub. Məsələn qədim yunanlıların Qitera (həmsöhbət fahişələr) mədəbi də bunlardandır. “Müqəddəs fahişəliyi” ideya olaraq qəbul etmiş Anahid məbədi, saray intriqalarında, qətllərdə, suiqəsdlərdə yaxından iştirak edirdi və Həmədan şəhərində böyük bir məbədi fəaliyyət göstərirdi (hal-hazırda da mövcuddur).
226-cı ildə Sasanın nəvəsi, Papagın oglu, birinci Ərdəşir hakimiyyətə gəlir. Dövlətin adı İranşəhr adlanır və paytaxtı Dəclə çayının sahilihdə, indiki İrak ərazisində yerləşir. Dövlətin dini zərtuştilik elan edilir. Bu dövlət sonralar Midiyanı, Sistan, Bəlucistanı, Xorasan və Mərvi tutur və xeyli böyüyür. 240-cı ildə Ərdəşir ölür və I Şapur hakimiyyətə gəlir. Bu zamanlar yerli hakimlər zərdüştiliyi inkar edir, atəşkədələr viran qalmış oldugu halda Ərdəşir zərduşt məbədləri üçün “ondabir” vergi müəyyənləşdirir.
Yerli hakimlər arasında xristianlıqın müxtəlif təriqətlərinə, yeni dinlərə təmaül güclənir. Bəs yeni dinlər insanlara hansı dildə xitab edirdi? Bu tarixi mərhələlərdə pars dili mümkünsüz dərəcədə dəyişir. Bir çox mütəxəssislər Həxamənişilərlə Sasanilərin dil daşıyıcılarının fərqli xalqlar oldugu haqqında fikirlər irəli sürür. Dilin təbii inkişafından fərqli olaraq dini qurumlar dilə ciddi şəkildə təsir edə bilir. Miladdan sonra III və IV yüzilliklərdə Maniçilik və Mitraçılıq Pars cografiyasında sürətlə inkişaf edir və yayılır. Məlumdur ki, Hindistan və orta asiya ilə sıx əlaqələri olan Mani 270-ci ildə hindistanda yaşayıb və orada kitab yazıb.
Şapur vaxtında İrana gələn Maninin böyük cografiyada (qərbi romadan çinə qədər bir ərazidə) tərəfdarları var və bu kahinlər mistika ilə zəngin ədəbi dil formalaşdırır. Fars əyaləti müxtəlif dövrlərdə mitraçılıgın, mandayilərin və Maniçiliyin himayadarı olaraq islamın qəbul olunmasından sonrada dinlər arası sintez prosesinin mərkəzi idi.
Bəzi iran alimləri Pars dilinin yazılı ifadəsinin birinci mərhələsini yaranışı Şimerlərlə tanınan mixi əlifbada əks olundugunu hesab edirlər. İkinci mərhələdə Pəhləvi əlifbası hesab edilir ki, o da 22 hərifli aramey əlifbası əsasında yaradılıb. Üçüncü mərhələdə ərəb əlifbası əsasında yaradılmış yazını fars əlifbası hesab edirlər. Lakin Firdosi öz şahnaməsində yalnız sasanilər dövrü hökmdarlarını mədh edir.
VII əsrin ərəb alimi İbin Mukafa sasani dövrü yazıları haqqənda yazır:”Onların (farsların) xüsusi yazı sistemləri var, adına Zevariş deyilir. əyər birisi quşt (ət) yazmaq istəyirsə bisra yazır. Ancaq oxuyanda quşt oxuyur. Əyər birisi nan (çörək) yazmaq istəyirsə naxma yazır ancaq nan oxuyur. Farsların min dənə belə sözləri var.” Buradan belə bir düşüncə formalaşır ki, din xadimlərinin ünsiyyəti və yazılı abidələri kriptoqrafik xarakter daşıyır və geniş xalq kütləsinin dili və yazısı deyil.
II Şapur (309-379) I Şapurun ogludur və o hələ anadan olmamışdan qabaq şah elan olunur. Kahinlər Şapurun arvadının hamilə oldugunu və onun oglan dogacagını əvvəlcədən müəyyən etmiş və bunu elan edirlər. Lakin onun başqa şapur adlanan qardaşları da var və onlar da hakimiyyətə iddiaçıdırlar. Böyük bir imperiyanın hökmdarı öldükdən sonra, hakimiyyəti dogulacaq uşaga miras qoymaq, real hakim olacaq varisləri təcrid etmək və böyüyəcək gələcək hökmüdarın imkanlarını öz məqsədlərinə yönəltmək üçün yaxşı planlaşdırılmış və təşkilatlanmış güclü klan olmalı idi.
Əl-Biruninin yazdıgına görə Narsanın oglu Ormizd (302/303 — 309) Maniçiləri təqib etməyə başladı və bir çox Mani tərəfdarları təqibdən çanını qurtararaq Orta Asiyaya və Hindistana qaçdılar. Ormizdin oglu II Şapurun (309 — 379) anasının Babilistan Talmudunda Kuşan əsilli İfra Ormiz adlı bir yahudi qadını oldugu qeyd edilir. Dini klanlar müxtəlif “cəbhələrdən” saraylara daxil olurdu. Doguluşunun16-cı ilində II Şapur fars körfəzinə, ərəblərin üzərinə yürüş edir. Ən böyük “xidməti” ərəb əsirlərinin çiyinlərindən deşik açaraq oradan ip keçirərk əsirləri biri-birinə baglamaq olur. Təsadüf deyil ki, IV əsirdə Ərəbistan yarımadasında yəhudiliyi qəbul etmiş Ximyar dövləti qurulur və iki yüz il mövcud olur.
İnsanları öz dininə cəlb etmək deyil, dövlətləri ələ keçirərk hakim din olmaq dini klanların əsas məqsədi kimi özünü göstərir. Xristianlıq da bu prosesdə aktivdir. Hesab olunur ki, Qriqori (Григорий Просветитель) Parfiyanın Ərşakidlər nəslindən Apakın ogludur və uşaq vaxtı erkən xristianlardan olmuş dayəsi onu Kapadokiyaya qaçırdır, xaç suyuna saldırır, xristian tərbuyəsi verir və böyüdükdən sonra o “Armeniyanın” ilk Katalikosu olur. V əsrin ortalarına qədər Katalikosluq onun övladlarına 7 nəsil miras qalır. Məqsəd əlbətdə ki, imperiyanın bir məntəqəsində xristianlıgın qəbulu deyildi. Eləcədə bu məntəqəni dövlət adlandırmaq da olmazdı. Bura Poma ilə Persiyanın suveren əraziləridir. Məqsəd Şapur ailəsinə “daxil olaraq” xristianlıgı bütün Persiyaya elan etmək idi.
I Şapur xristianları təqib edirdi və oglu da bu siyasəti davam etdirdi. Sonralar – 409-cu ildə I Yəzdəgərd (394-420) xristianlara ibadət icazəsi verir, lakin az sora o da xristianları təqib etməyə başlayır. Onun oglu (I Yəzdəgirdin) Bəhran Gur xristianları təqib etməyə davam edir. Xristianlar Bizansa qaçır və Konctantinopol qaçqınları qaytarmaqdan imtina etdikdə müharibə başlanır.
Xavət (Qobad) oglu Xosrov I (531-579) hakimiyyəti illərində yadda qalan hadisələrdən biri də Kahinlərin tövsiyəsi ilə qardaşlarını və onların oglan varislərinin hamısını öldürməsi ilə əlaqədardır. Digər tərəfdən Xosrov unutmur ki, onun atası olan Xavət (Qobad) yeni dinlərə təmaül etdiyinə görə məzdəkilər onu cəzalandırmış, taxtdan salmış və başqasını şah elan etmişdilər. Xosrov məzdəkilərin böyük kahinlərini saraya toplamış və hamısını öldürtmüşdir. Bundan sonra ölkədə 100 min məzdəkinin öldürülməsi həyata keçir.
Bu dövrdə İran cografiyasında müxtəlif dinlər güc yarışına girir. Zərdüştiliklə yanaşı məzdəkilik inkişar edir. Mitraçılıq yüksəkdədir, Mandaçılıq özünə xeyli tərəfdar tapır, Maniçilərin əhatə dairəsi genişlənir. Xristianlıq yayılır və xüsusilə də Nastəranilik və Aryançılıq nüfuz qazanır. Yəhudilik o cümlədən öz nümunəsini təblig edir. Bu mühitin formalaşmasında Suruya ilə olan tarixi əlaqələr xüsusi əhəmiyyətlidir. Roma əsarətində olan Suriya ərazisində çoxallahlılıq nüfuzdan düçür və İbrahimi dinlər tərəfdar qazanır. Bu işdə Kapadokiyada erkən xristian icmaları xüsusi rol oynayır. Hay tayfalarının tanrıçaları olan “Anahid” məbədinin Sasanilərin əcdadları ilə əlaqəsi də xeyli sual dogurur.
Din tayfa və qəbilələrin birliyi və inteqrasiyası ilə yanaşı özünü təcrid vasitəsi kimi də əhəmiyyətli rolunu çox qədimdən ifadə edib. Məsələn Ermənistan Respublikasının konstitusiyasının 8.1 bəndində yazılır: «Ermənistan Respublikası Müqəddəs Erməni Apostol kilsəsinin milli kilsə və erməni xalqının milli özəlliyini qoruyan fövqəladə missiyasını qəbul edir.» Heç bir dini və ya elmi qurumlar bu absurt yanaşmanı sorgulamır ki, “Xristianlıq məgər millətin milli kimliyinin mühafizəsi missiyasını yerinə yetirir?” Bu finomeni də, xristianlıq tarixində “Brend” hesab etmək olar.
VI əsrin sonlarında şimal və şimal şərqdə türklər, qərbdən isə romalılar İran cografiyasını təhdid edir. 589-cu ildə Romalılar Bəhram Kəbiri Gürcüstanın şərqindən qovurlar. Bəhram Kəbir qiyam qaldırır və IV Hormozu taxdan salır, kor edir və öldürür. Taxda onun böyük oglu Xosrov qoyulur. 591-ci ildə Xosrov bizansa qaçır və böyük ərazilərin verilməsi hesabına qərb güclərilə birlikdə Bəhram Kəbir qüvvələrinə qalib gəlir. 604-cü ildə Bizansdakı qarışıqlıqdan istifadə edərək Xosrov bizansla müharibəyə başlayır və mesapatamiyanı işgal edir. 616-cı ildə II Xosrovun sərkərdəsi İskəndəriyyəni tutur. Lakin yenədə dini qüvvələr işə qarışır, 628-ci ildə II Xosrov suiqəst nəticəsində öldürülür və yerinə oglu Kavəni qoyurlar. O yarım il hakimiyyətdə olur və Bizanslılarla sülh müqaviləsi imzalayır.
VII əsrin ortalarında İslam qoşunlarının yürüşü ilə Sasanilər sülaləsi tamamilə süqut edir və şərti İran adlanan cografiya (Persiya) müxtəlif dinlərin və dini klanların xaosundan qurtarır. Əlbətdəki bu proses tədricən baş verir və Səlcuqilərin gəlişinə qədər Fars(pars) əyaləti müxtəlif dini sintez və düşüncələrin istehsalı mərkəzi olaraq qalırdı.
İslam dövrü tarixində də “brend” axtarışları davam edir. Bu zaman fərqli metodlar və alətlərdən istifadə olunur.
Pərviz Kazımi
Cross Media Təhlil Mərkəzinin analitiki, Fəlsəfə doktoru
Şərhlər bağlıdır.