Bakıda təcrübəli stomatoloq, eyni zamanda mədəni fəaliyyətlə dərindən məşğul
olan azərbaycanlı tərcüməçi, yazıçı və şair Aqşin Ağkəmərlidən Təbrizə
səfərindən sonra barəsində heç bir xəbər yoxdur.
O, son dəfə, təxminən 3 ay əvvəl Bakıdan səfərə çıxmış, tanışları ilə görüşmək
və şəxsi işlərini həll etmək üçün Cənubi Azərbaycana, Təbrizə gəlmişdir.
Bundan sonra dost və tanışları ilə qəfildən təmasları kəsilmişdir. Onun hər iki
telefon nömrəsi ilə (İran və Azərbaycan) əlaqə yaratmaq mümkün olmamışdır.
“Güney Azərbaycan folkloru” kitabının 16-cı cildi Azərbaycan Respublikası Milli
Elmlər Akademiyasının Folklorşünaslıq şöbəsinin professor-müəllim heyəti
tərəfindən doktor Aqşin Ağkəmərlinin səyi ilə təsdiq olunub və nəşr bir il əvvəl
işıq üzü görüb.
Doktor Aqşin Azərbaycan mədəniyyətini fəal təbliğ edən alim və yazıçılardan
biridir.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.