İllərdir ki, biz dünyanın böyük dövlətləri və onların regional müvəkkilləri ilə
genişmiqyaslı döyüşlərə və hətta uzunmüddətli qarşıdurmalara hazırlaşırıq.
Bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı,
general-mayor Hüseyn Salami SEPAH Aerokosmik Qüvvələrinin qərargahında
çıxışı zamanı deyib.
Salami bildirib ki, İran raketləri hər keçən gün keyfiyyət, kəmiyyət və dizayn
baxımından təkmilləşir və ölkənin hər yerində raket və raket sistemlərinin sayı
artır:
“Bu gün siz ardıcıl dalğalarda eyni vaxtda yüzlərlə təyyarəni vura bilərsiniz. İran
öz müstəqilliyini, kimliyini və nüfuzunu qorumaq üçün heç vaxt heç bir xarici
gücə arxalanmayıb”.
P.S: Əslində İran-İraq müharibəsindən tutmuş ərəb dövlətlərindəki
əməliyyatlaradək müharibələr rejimin nəfəsi olub. Bununla da ömrünü uzadıb.
Görəsən yeni müharibə onun ömrünün sonu olacaqmı?
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.