“İrəvanlılar Xankəndidən köçənlərlə məzələnirlər”

Ermənistanda nəşr olunan “Past” qəzeti bu ölkədə yaşayan Qarabağdan
könüllü köçmüş ermənilərlə yerli sakinlər arasındakı münasibətlərdən
yazıb.
Azerbaycan-ruznamesi.org tribunainfo.az-a istinadən xəbər verir ki, İrəvan
erməniləri Qarabağdan gələnlərlə məzələnirlər.
Nəşr qeyd edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci il
müharibəsindən sonra ağır məğlubiyyətə uğramaqla yanaşı, növbəti dönəmdə
Qarabağın tam itirilməsinə səbəb olub. “Paşinyan həmin dönəmdən sonra
büdəcən pul ayıraraq, Qarabağdan köçənlər üçün xərclədi. Sonradan məlum
oldu ki, həmin pulun böyük qismi məhz “qarabağlılar”ın başqa şəhərlərə
köçürülməsinə sərf olunub”.
“Past” qeyd edir ki, İrəvan erməniləri Qarabağdan gələnlərlə aşkar şəkildə
məzələnir, onları aşağılayırlar. “İrəvan camaatı Qarabağdan gələn erməniləri
görən kimi onlara istehza ilə “bunlar dənizdən dənizə Ermənistan istəyirlər”
deyirlər. Azca səsini çıxaran “qarabağlı” dərhal təhqirə məruz qalır. Onlara
“gəlmə”, “tör töküntü” belə deyirlər”.
Erməni qəzeti yekunda bildirib ki, məhz bu münasibətdən dolayı Qarabağdan
köçmüş ermənilərin əksəriyyəti Ermənistanı tərk edib.
Fərda Uğur

Şərhlər bağlıdır.