Azərbaycan Ərdəbil fədailəri tərəfindən
Ərdəbildən
Azərbaycanın möhtərəm nümayəndə heyəti və onun rəisi cənab Pişəvəri
Biz, Azərbaycan fədailəri, yüzdə yüz əminik ki, Azərbaycan nümayəndələri xalqımızın azadlığını və səadətini təmin edən Milli hökumətin islahatlarına uyğun olan şəraiti nəzərdən çıxartmayacaqlar və fədailərin verdiyi şəhidlər müqabilində alınan azadlıq barəsində zərrə qədər güzəşətə getməyəcəklər və biz fədailər 21 Azərdə canımızı verdiyimiz kimi yenə də azadlığımızı hifz etmək və İranın ayrı əyalət və vilayətlərində həqiqi demokratik rejimin yaranması yolunda canımızı fəda etməyə hazırıq.
Nəcəf Əsədi, Dədəkişi, Allahverdizadə, Abbasqulu, Hüseynqulu, Həsənqulu, İmamverdi, Əsədəli, Talei, İsrafil, Cəmşid Ərşəd Qədimi, Hüseyn Təvəkküli, Əjdər Kərimi, Səidulla Ramazani, Teymur Vəlidadaş, Teymur Qardaş, Əli İslampur, Əzim Mahmudi, Mehdi Mühibulla, Həsən, Məhəmmədəli, Qurban, Musa, Əyyub, Səidulla Aslan, Məhəmmədəli Quluzadə.
ASTARA ƏHALİSİ, FƏDAİ VƏ FİRQƏÇİLƏRİ TƏRƏFİNDƏN
ASTARADAN
Azərbaycan Milli Hökumətinin Baş naziri cənab Pişəvəriyəvə Azərbaycan xalqının nümayəndələrinə
Azərbaycan xalqı, fədailəri, qoşunları, firqəçiləri və bütün təbəqələri bu görüş və müzakirədə azərbaycanlıların hüquq və milli azadlığının qorunmasına tərəfdardırlar və istəyirlər ki, bütün İranın əyalət və vilayətlərində azadlıq bərqərar olunmaqla bərabər həmişə İran millətinin hüququ qorunsun. Bu yolda, yəni İran demokratik hökuməti və Azərbaycanın milli azadlığı uğrunda tarix boyu bu xalq əməldə sübut ediblər ki, hər cür ağır fədakarlıqlara hazırdırlar. Biz İran istiqlalı hüdudunda Azərbaycanın milli azadlığının qorunmasını istəməklə bütün İranda demokratik hökumətin bərqərar olunmasını öz nümayəndələrimizdən istəyirik.
Astara əhalisi,ı fədailəri, qoşunları və firqəçiləri tərəfindən: Əhməd Zamani, Rəhmani, Bağır, Cəfəri, Əmir Əmrah, Bəhrami, Dadaş Həmidi, Əmrah İbrahimi, Abdullah Əsgərzadə.
Şərhlər bağlıdır.