İRANIN VİTSE-PREZİDENTİ HƏBS OLUNUB

4 ay müddətinə azadlıqdan məhrum olunub

İranın “Tasnim” agentliyinin məlumatında ölkənin vitse-prezidenti İsa Kələntərinin islam inqilabının lideri Ayətullah Ruhulla Xomeynini təhqir etdiyinə görə 4 ay müddətinə azadlıqdan məhrum olunduğu göstərilib.

İslam İnqilabı Məhkəməsinin 26-cı şöbəsinin qərarında göstərilir ki, vitse-prezident 2 il müddətinə siyasi partiyalara üzv ola bilməz, həmçinin ictimai təşviş məqsədilə şayiələr yaydığına görə 40 milyon rial (təxminən 952 dollar) cərimə ödəməlidir.

Sözügedən qərarla bağlı İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədr müavini Əsğər Daneşian bildirib ki, İranın vitse-prezidentinin həbsi ilə əlaqədar verilən qərar qəti deyil. Bununla əlaqədar apelyasiya məhkəməsinə şikayət olunacaq.
Qeyd edək ki, İranın vitse-prezidentinin İran İslam Respublikasının banisi Ayətulla Ruhulla Xomeyni və İslam İnqilabının əsasları haqda açıqlaması müəyyən narazılıqlara yol açıb.

Ə.Daneşian qeyd olunan açıqlamanın kontekstdən çıxarılaraq yayımlandığını deyib.

Qeyd edək ki, 2020-ci ilin noyabrında qəzetlərin birində Kələntərinin müsahibəsi dərc olunmuşdu. “Xomeyni (inqilaba qədər) ABŞ-la görüşlər keçirmişdimi?” sualına vitse-prezident belə cavab vermişdi: “Bilmirəm. Xəbərim yoxdur. Amma deyə bilərəm ki, Xomeyni ABŞ üçün xeyirsiz övladdır. Vaşinqton İranda şah rejimini dəstəkləməkdən imtina etdi və Xomeyni bu vəziyyətdən istifadə etdi”.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.