21 Fevral -Dünya Ana Dilli Günü münasibətilə bəyanat
Əziz Azərbaycan milləti,
Belə bir çətin vəziyətdə dünya ana dili günü münasibətilə sizə müraciət edirik ki, İranda 28 dekabrdan bahalığa qarşı başlanan əhalinin dinc etirazları 8 və 9 yanvarda minlərlə insanın qətliamı və on minlərlə yaralı və məhbuslarla başa çatmışdır. Təbii ki, qətliamı törədən və ona yardımcı olan vəyaxud özünü alternativ kimi göstərən keçmişdə Azərbaycan xalqına qarşı milli və mədəni söyqırmıları törədən Pəhləviçilər və ona bənzərləri mərkəzçilərdən qeyri farsların tərəfdarı olmaqlarını gözləmək yəqin ki kor gözdən ışıq ummaq kimidir!
Əziz soydaşlar,
Dil insanın düşünmək, əlaqə qurmaq və öyrənmək üçün birinci vasitədır. Dil vasitəsi ilə insanlar kimliyini gəlişdirir, inkişaf edir, duyğularını, fikirlərini bildirir və başqalarının nə düşünüb-daşınmasını, nə hiss etdiyini anlaya bilir. Ana dilini bilmək həm dil gəlişdirmək, həmdə onunla bir neçə sahədə biliklər almağa zəmin yaradılır. Təəssüf ki, İran molla rejimində və ondan əvvəlki rejimdədə Ana dilində olan qeyri fars dil və mədəniyyətlər, yasaqlanıbdır. Burada təkcə bir mədəniyyət yəni farsçılıq təhmil edilibdir. Özüdə işkəncə və zindan vasitəsilə! Farsçılıq tək mədəniyyəti, tək kimlik, tək rəsmi vətəndaşlıq kimi zorla keçərli olmuşdur. Həmçinin İran kimliyi adı ilə birlikdə! Beləliklə Türk kimliyi və Türk dili yasaq olarkən İranda Türk uşaqları, gəncləri məktəbə gedərkən dərsi qavramaqda zorluq çəkir və zorlanırlar, öz ana dilində yardım almaqdan məhrum olmaqla bərabər, yardım almaq şanslarıda yoxdur. Məlumdur ki dil eytimi almamaqla insan öz ana dilində və onun haqqında bilgilərə nail ola bilmir.
Buna baxmayaraq ki, İran konstitusiyanın 15ci maddəsi bu barədə təsdiqlənmişdir, Lakin 47 ildir ki, kağız üzərində qalmışdır.
Biz türklər İranda əhalinin çoxunluğunu təşkil edən bir ulusuq və uzun illərdir mücadilə aparırıq, ama nə yazıq ki Türk dilinin İranda rəsmiləşdirilməsinə ayid çalışmalar molla rejimin inkarı və şiddətinə məəruz qalmışdır. Təəssüf ki İranda müxalifətdə olan bütün qurumlar da İran rejimi kimi düşünür və əməl edirlər.
Güney Azərbaycanda bu sahədə mücadilə aparan çox sayıda insanlarımız həyatını itirmiş, çox sayıda milli fəallar həbsə məəruz qalmışlar.
Qeyd etmək lazimdir ki, 80 il öncə Azəbayca Milli Hökuməti tərəfindən həyata keçirilən milli- demokratik islahatların çarçvasında Milli təhsil sisteminin yaranmasilə bərabər ibtidai sinifdən universitəyədək türk dilində təhsil həyata keçirmişdir.
Bir daha Beynəlxalq Ana Dili Günü münasibətilə dünya ictimaiyyətinin diqqətini Güney Azərbaycanda yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil almaq və sərbəst şəkildə öz dilində danışmaq hüququnun məhdudlaşdırılmasına qarşı mübarizə aparmağa təəkid edərək, UNESCO tərəfindən təsis edilmiş bu gün dil müxtəlifliyinin qorunmasını və hər kəsin ana dilində təhsil alma hüququnu dəstəkləməsinə çağırırıq. İran ərazisində yaşayan azərbaycanlılara, öz ana dillərinin rəsmiləşməsi və sistemli təhsil almaq imkalarının yaranmasını tələb edirik. Dil insanın kimliyi, fundamental hüquqlarından olduğu üçün, Güney Azərbaycanda dövlət səviyyəsində istər Pəhləvi istərsədə Molla rejimində qadağalara, kitabların yasaq olamasına, yandırılmasına bir daha eetiraz edərək bu kimi işlərin bəşəriyyətə qarşı cinayət işi kimi qiymətləndirilməsini rica edirik və azərbaycalıların bu sahədə hüquqların bərpasını tələb edirik: Azərbaycan türkcəsi rəsmi olmalı, məktəblərdə tədris olmalı, dil və mədəni hüquqları qorunmalı , mətbuat, nəşriyyat və mədəni fəaliyyətlərə qoyulan məhdudiyyətlər aradan qaldırılmalı, xalqımzın varlığı qəbul edilməli,
ona qarşı qoyulan qadağalar, məhdudlaşdırılmalar mədəni soyqırım kimi qiymətləndirilməlidir!
2026-02-21
Güney Azərbaycan təşkilatlarının əməkdaşlıq şurası
Şərhlər bağlıdır.