Şah İsmayıl müsəlman aləmində yeganə hökmdar idi ki, onun hakimiyyəti vaxtında Azərbaycanda bir dənə də olsa, uşaq qəbristanlığı olmayıb. Həmin vaxt “Qadağan olunmuş kitabın indeksi” dəftərini qələmə alan diplomat II Yuliy və 1522-ci ildə onu təkrar nəşr edən hökmdar VI Adrian isə qeyd edirdilər ki, Azərbaycan Vatikandan da öndə gedirdi… Vatikan ərazisində 4 uşaq qəbristanlığı qeydə alınmışdı.
Şah İsmayılın uşaq qəbristanlığı salanların əleyhinə sərt bir fərmanı olub. Uşaq öldürənlərə sonu faciə ilə nəticələnən məhkəmələr qurulub. 1501-ci ildə verilən fərmanda Şah İsmayıl uşaq qəbristanlıqlarının salınmasını və eləcə də uşaq ölümlərini törədənləri dövlətin və millətin “yarası” hesab edib. Tarixin başqa bir sənədində isə qeyd olunub ki, Şah İsmayıl üçün belə bir fərmanı onun filosof vəziri Şəmsəddin Zəkəriyyə Təbrizi hazırlayıb. Məhz buna görə Şah İsmayıl öz vəziri Şəmsəddin Zəkəriyyə Təbriziyə “Azərbaycanın açarı” titulu verir. Bundan sonra vəzir Şəmsəddin ölkədə yayılmaqda olan əxlaqsızlığa, kütləvi savadsızlığa, oğurluq və dələduzluğa, beytül-malı yeyənlərə, yalan danışıb dövləti aldadanlara… qarşı bir-birinin ardınca fərmanlar hazırlayır. Xüsusən Şərqi Avropa ölkələrindən Polşadan, Çexiyadan, Bolqarıstandan və Macarıstandan, eləcə də qərb dövlətlərindən bu fərmanları tədqiq edib öyrənməyə gələn onlarla diplomat olub. Məsələn filosof Xristofor Kessinq adlı (Amerika) birisi yazırdı ki, bu fərmanların hər biri baş verə biləcək oyanışlardan (sivilizasiyalardan) xəbər verdiyi üçün maraqlı idi.
Tehranın milli kitabxanasında saxlanılan vəzir Şəmsəddin Zəkəriyyənin məktubunda isə yazılır:”Böyük hökmdar (yəni Şah İsmayıl- R.N.) idarə etdiyi ölkənin fəlakətlərini öz fəlakəti bilirdi. Eşitdiyi hər uşaq ölümündən kədərlənir, saatlarla görünmür, ibadətlə məşğul olurdu. Dövlətimizdə ölən hər bir uşaq üçün göz yaşı axıdırdı”. Vəzir Şəmsəddin Zəkəriyyə bunu da yazır ki, Şah İsmayıl Ərdəbildən olan 5 uşağı Avropaya oxumağa göndərən ilk hökmdar idi.
Araşdırma materiallarına görə, 1524-cü il mayın 23-də Şah İsmayıl qəflətən vəfat edir. “Azərbaycanın açarı” titulunu alan vəzir Şəmsəddin Zəkəriyyəni isə bir ingilis casusu zəhərləyib öldürür. Açarsız, qapısız, bacasız qalan Azərbaycan bütün bunlardan sonra döyüş meydanlarına çevrildi. Sonra bu dövlət xarici kəşfiyyat üçün əsl sınaq-təcrübə laboratoriyası oldu. Məsələn 1709-cu il iyun ayının 11-də fransızlara məxsus “M.Odeli” tibb mərkəzi ətir istehsalı üçün sınaq-təcrübəyəçəkdiyi 9 yaşlı 14 qız uşağının həyatına son qoydu. Məlum oldu ki, fransızlar Şirvan uşaqlarının onurğa sütunlarından çəkdikləri “şirələrdən” ətir istehsalında istifadə edirmişlər. Şirvanda ilk uşaq qəbristanlığı belə yarandı. Sonra Bakının indiki Bülbülə və Ramana qəsəbələrində ilk uşaq qəbristanlığı yarandı. Onun ardınca Maştağa ərazisində (1747-ci il), indiki Lökbatan ərazisində, Bahar oba deyilən yerdə (1756-cı il) uşaq qəbristanlığı qazıldı.
Hikmət Həsənov,
araşdırmaçı-jurnalist
Şərhlər bağlıdır.