İnsan amili Azərbaycan Demokrat Firqəsinin və onun qurduğu Milli Hökumətin başlıca şüarı olub. İnsanın yaşaması və digər sahələrdə rahat qurub-yaratması üçün ilk növbədə çörək, iş yerləri lazımdır. ADF və Milli Hökumət bu prosesə sürətlə başladı. Təsəvvür edin ki, inqilabdan cəmi 5 gün sonra, yəni dekabrın 17-də aylar, illər boyu fəaliyyəti dayanmış bir çox müəssisəyə ikinci həyat verildi.
Karanaların(fabriklərin) yenidən işə salınması bayrama çevrildi. Siz 17 dekabr 1945-ci ildə çəkilmiş həmin fotolarda belə yüksək əhval-ruhiyyənin şahidi olursunuz .Azərbaycan Milli Hökuməti dövründə dayanmış karxanaların (fabriklərin) yenidən işə salınma – sından görüntülər 26 Azər 1324 – 1325; 17dekabr (1945 -1946).
Fədai
Şərhlər bağlıdır.