RUHANİ BAXA-BAXA YALAN DEYİR

Müəllif: Abdulla Əmir Haşimi Cavanşir

Tarix: 17 tir 1400-cü il (8 iyul 2021-ci il)

Prezident seçkilərindən sonra iki dövr boş bekara həmin vəzifəni işğal etdikdən bir neçə gündən sonra yerini İbrahim Rəisiyə verməlidir.  Dövlətin iqtisadiyyat maşını batalıqdakən Rəisiyə təhvil verməlidir. Düzdür Ruhani də hakimiyyəti batalıqda olanda Əhməd Nejaddan təhvil almışdır. Lakin Ruhani böyük vədə vədlərlə iş üstə gəldi. Guya ki, 41 qıfıllanmış otaqların qapılarının açarı bunun əlindədi!  O çox böyük iddialarla meydana atıldı. 8 il keçdikdə verdiyi vədlərin birinə də əməl etmədi heç, hökuməti təhvil alanda 1 dolların qiyməti 10 000 tümən idi, hökuməti təhvil verəndə isə 1 dollar 27 000 tümənə qalxdı. Əhalinin maaşı 2 dəfə yarımdan  çox dəyərdən düşdü. Bu sadə və gözə görünən hər bir fəhləyə aydın olan məsələ Ruhaninin özünə aydın olmadı. Ruhani əhalinin gözünə baxa-baxa iqtisadiyyatın inkişafından danışır. Sentrfyüzların işləməyindən söhbət edir. Kəndlərə işıq vermədən danışır. Daha özün öyərək iddia edir ki, təvazükarlıq icazə vermir Ruhani dövlətinin nailiyyətlərindən danışsın. Lakin hər şey göz önündədir. Hər kəs bir sadə məcazi dünyaya baş vurduqda minlərlə, milyonlarla faktlar Ruhaninin dediklərinə qarşı rastlaşır. İşıq olmadığından  bir qəssaba rast gəlirsən, soyuducunu açıb ətlərin, malın orda xarab olduğunu və qəssabın iflasa uğradığını müşahidə edirsən.

Digər faktda isə şəhərin bir neçə yerdə partlayışların görürsən.

Başqa bir yerdə susuzluqdan kənd təsərüfatı, maldarlıq, hətta əhalidə susuzluqdan yanır.

Sadə peyvənd məsləsi Ermənistana ümid olur.

Deməli iqtisadiyyat elminin qanunlarına bələd olmayan molla rejiminin idarə edici adamlarının sözləri cammatın gözünə kül üfürməkdən başqa bir şey deyil. 40 ildən artıq hakimiyyətdə olsalar da iqtisadiyyat bərbad haldadır. Ağır sənayedən xəbər – ətər yoxdur. Atom enerjisinə görə 100 milyardlarla dollar iflasa uğrayib. Hələ də səmərəsi olmayıb. Yüngül sənaye isə köhnəlmiş aqriqatlarla, dəstgahlarla məhsul vermir. Kənd təsərrüfatinda isə heç bir yenilik yoxdu. Qədim şəkildə də istehsala nə su var, nə kübrə var nədə ki, iş qüvvəsi.

Təhsil sistemi ibtidaidən Universitetə qədər bərbaddır. Milli və ana dili təhsil sistemindən heç xəbər yoxdu. Əsas qanun cəhənləmlik olub. Azadlıqdan heç danışmaq lazım deyil.  Ancaq bu molla rejimi möhumatı təbliğ edir. Siyasi və diplomasi arenada bütün qonşularla intiriqada, münaqişədə və müharibədir. Bir sözlə desək İran İslam Respublikası tam gələcəyini itirmiş bir dövlətdir. Nə qədər  Ruhani və onun kimilər üzə dirənsə də zaman öz hökmünü verir.

Şərhlər bağlıdır.