İNQİLAB ŞAİRİYƏM, MƏN NƏ GƏTİRDİM, FİRQƏ EŞQİM…

İnqilab şairiyəm

Mən nə şah, mən nə sultan, nə

yaraşıq, nə ziynət,

Nə əfsanə, nə mələk, nə saray, nə

səltənət,

Nə qədim əsrləri yada salıb

ağlayan,

Nə ömrünü qəzələ, mərsiyəyə

bağlayan,

Nə dövrün hakiminə şeir yazıb

pul alan,

Nə cəlladlar önündə həyat üçün

alçalan,

Nə peymana, nə saqi, nə şərab

şairiyəm,

Azadlığın carçısı inqilab şairiyəm.

 

Mən əyilib hakimin əllərindən

öpmədim,

Şeirimi çiçək kimi ayaqlara

səpmədim.

Nə aciz bir bəndəyəm, nə satılmış

bir qulam,

Nə saray məddahıyam

dərgahlardan qovulam.

Mən ellərin oğluyam, ellər

böyütmüş məni.

Şeirim eldən alıbdır bu ilhamı,

qüvvəni.

Mən nə şam, nə pərvanə, nə rübab

şairiyəm,

Azadlığın carçısı inqilab şairiyəm.

 

Mənim könül dəftərim bənzəyir

gülüstana,

Onda yer verilməmiş qarlı qışa,

tufana,

Bir bahar ətri vardır hər şeirimdə,

sözümdə,

Baharın həsrətiylə yaşayıram özüm

də.

Mən əl açıb göylərdən diləmədim

azadlıq,

Mənim arxalandığım onlardan

daha artıq.

Ölkələr həsrət çəkən afitab

şairiyəm,

Azadlığın carçısı inqilab şairiyəm.

Balaş Azəroğlu,
xalq şairi

 

MƏN NƏ GƏTİRDİM…

Mən öz qardaşıma mehman

gələndə

Bir qələm, bir dəftər, bir can

gətirdim

Dağların döşünü toplar dələndə

Bir ləkə düşməyən vicdan

gətirdim.

 

Mən onu günəşdən təmiz

saxladım,

Canımdan, gözümdən əziz

saxladım,

Bu kiçik qəlbimdə dəniz

saxladım

Bir xilqət görmədi, pünhan

gətirdim.

 

Ucuz tutmasınlar bu sovqatımı

Hissimi, duyğumu, ehsasatımı,

Mən öz varlığımı, öz həyatımı

Doğma qardaşıma qurban

gətirdim.

 

Ürək daş deyildir, bir parça ətdir

Bəs onu yaşadan hansı

qüdrətdir?

Bir arzu, bir ümid, bir

məhəbbətdir,

Mən o məhəbbətdən nişan

gətirdim.

 

Qardaşım, illərlə istədin ki sən

Öz ana yurdumda azad olum

mən…

Lakin cəlalımı dağıtdı düşmən,

Tək sənə, tək sənə güman

gətirdim.

 

Yenə Azərbaycan qan ağlayır,

qan

O azad olmasa, yaşamam, inan!

Gərək mən Təbrizə qayıdan

zaman

Deyəm ki, təzə bir dövran

gətirdim.

Əli Tudə,
Əməkdar incəsənət xadimi

 

Firqə eşqim!

Biletinin sətirləri

Ümid olan arzu olan.

Sırasında nəsil-nəsil

Oğlu olan, qızı olan.

 

Firqəm salam!

Hizbim salam!

 

Sən yenə də səngərlərdə

Yaşa doldun.

Mən səninlə doğulmuşdum,

Bu gün sənlə yaşıd oldum.

Doğma firqəm,

Əziz hizbim.

Məni dinlə;

mənim sözüm, söhbətim var

Bu gününlə.

Bu gününə gəlib çata

Bilməzlərin,

Azadlığın uğurunda.

Ölüb getmiş ölməzlərin,

Səttar xanın tüfəngini,

Firudunun sön sözünün

Ahəngini,

Bu gününə gətirmişəm.

Uğurunda, Xiyabani ömrü

Soldu.

Pişəvəri səndən ötrü

Həlak oldu.

Bu azadlıq yollarında.

Qırıldılar neçələri.

Ölüm tutdu, qan bürüdü

Küçələri.

Əqidədən dönməyənlər

Yenə oldu.

Firqəm yenə sıraların

Artdı, doldu.

Bu tufanlar, bu ölümlər,

Sındırmadı eşqimizi.

Bir xalq kimi zaman özü

Yetişdirdi yenə bizi.

Mən demirəm bir dəfəlik

Azadlığı itirmişik.

Doğma Firqəm!

Əziz Hizbim!

Biz Ruzbehi bu gününə

Gətirmişik!

Tariyel Ümid,
İranlı Mühacirlər Cəmiyyəti ədəbi birliyin sədri, Dədə Qorqud Beynəlxalq mükafatı laureatı

 

Şərhlər bağlıdır.