İRANA SON XƏBƏRDARLIQ EDİLDİ: “ARTIQ DANIŞIQLAR DA FAYDA VERMƏYƏCƏK”

ABŞ Dövlət katibi Entoni Blinken Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatından sonra İranın nüvə anlaşmasına qayıtması üçün çox vaxt qalmadığını bəyan edib.

Azerbaycan-ruznamesi.org xəbər verir ki, alman həmkarı Hayko Maasla görüşündə Blinken dəqiq tarix verməyəcəyini, ancaq razılaşmaya dönməyin faydalı olmayacağı bir nöqtəyə yaxınlaşdıqlarını vurğulayıb.

Maas da Tehrandan verilən gecikmə siqnalının çox uzun çəkdiyini bildirib.

O, Tehranı tez bir zamanda danışıqlar masasına gətirmək üçün İranın yeni xarici işlər naziri ilə telefonla danışdığını da xatırladıb.

Beynəlxalq Atom Agentliyinin dünən yaydığı hesabatda BMT müfəttişlərinin bəzi nüvə stansiyalarında araşdırmalarını dayandırmasından sonra İranda aparılan yoxlama fəaliyyətlərinin ciddi şəkildə əngəlləndiyi vurğulanıb.

Mühafizəkar İbrahim Rəisinin prezident postuna keçməsindən sonra İranın nüvə anlaşmasına 2-3 ay ərzində qayıtmasının mümkün olmayacağı açıqlanıb.

M.Rəğbətoğlu

Şərhlər bağlıdır.