İRAN BOKSÇUSU EDAM OLUNACAQ

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, ölkə çempionu olmuş İran boksçusu Məhəmmədcavad Vəfai-Sani haqqında edam hökmü çıxarılıb.

2019-cu ildə yanacağın qiymətinin bahalaşmasına etiraz aksiyalarında “hökumət binalarının yandırılmasında və dağıdılmasında iştirak etməkdə” ittiham olunur.

2020-ci ildə saxlanılan boksçu haqqında qərar bir neçə gün öncə verilib.

Qeyd edək ki, 2020-ci ilin avqustunda güləş üzrə İran çempionu Nəvid Əfkari haqqında da ölüm hökmü çıxarılmışdı.

Azerbaycan-ruznamesi.org-dan İranda idmançıların müqavimətini sındırmaq üçün hakimiyyətin ən çox istifadə etdiyi üsullar ölüm hökmünün çıxarılmasıdır. Bəzən bir hökmün icrası üçün aylar, illər lazım gəlir. Bununla da başqaları da qorxu içərisində saxlanılır. Amma qan verməyə hazır olan bir millət üçün bunun faydası olmayacaq.

Şərhlər bağlıdır.