Almaniyadan təbrik və şeir

Yaşa, yaşa Azərbaycan əsgəri!

Almaniyanın Münxen şəhərində yaşayan şair Simax Şeyda saytımıza təbrik və şeir göndərib. O, “Azerbaycan-ruznamesi”nin fəaliyyətə başlamasından, mövzu dairəsindən məmnun qaldığını yazır, hamımızı təbrik edir, poziyaya, publisistikaya, mübariz ədəbiyyata, dövrün aktual məsələlərinə geniş yer verilməsini arzulayır. Milli Ordumuzun düşmən tapdağı altında olan əraziləri erməni işğalçılarından azad etməsindən vəcdə gələn şair yeni yazdığı “Yaşa, yaşa Azərbaycan əsgəri !” şerini ünvanımıza göndərib.

Məlumat vermək istəyirik ki, Oğuzda anadan olan, Gəncədə orta, paytaxtda BDU-nun kitabxanaçılıq fakultəsində ali təhsilini almış S.Şeyda 40 kitabın müəllifidir. Azərbaycan dilində səlis yazan dağ yəhudilərindəndir. Vətənpərvərlik yaradıcılığında qızıl xəttlə keçən sənətkarın iş yerləri mədəniyyət sahəsi olub, müxtəlif medal, döş nişanı, diplomlara layiq görülüb. Gələn il iyulun 26-da Bakıda, Münxendə 85 yaşı qeyd ediləcək. Bax, onda mütləq görüşəcəyik. Yubilyarla daha ətraflı söhbətləşmək imkanınımız olacaq. İndi isə onun Azərbaycan sevdalı vətənpərvərlik dünyasından bir yarpağı sizlərə təqdim edirik.

Yaşa, yaşa Azərbaycan əsgəri !

Dədə-baba torpağıdır Qarabağ

Doğma olub bizə hər dağ, hər bulaq

Çox şairlər yetişdirib bu torpaq.

Ala-ala şəhərləri, kəndləri,

Yaşa, yaşa Azərbaycan əsgəri !

***

Nə işin var Gəncə ilə Bərdəylə

Danışma gəl bizimlə sən hədəylə

Gəl qaniçən olmaginən bir belə.

Ala-ala şəhərləri, kəndləri,

Yaşa, yaşa Azərbaycan əsgəri !

***

Hadrutu, Cəbrayılı almışıq

Ürəyinə bir vəlvələ salmışıq

Hünərin var, qarşımıza indi çıx.

Ala-ala şəhərləri, kəndləri,

Yaşa, yaşa Azərbaycan əsgəri !

***

Raketlərlə hey vurursan evləri,

Qurbanların ahı tutar bil səni

Özünə gəl, ay şərəfsiz erməni.

Ala-ala şəhərləri, kəndləri,

Yaşa, yaşa Azərbaycan əsgəri !

***

Paşinyan! Ağlını yığ başına

Diqqət elə gözdən axan yaşına

Qüdrətli bir ordu çıxıb qarşına

Ala-ala şəhərləri, kəndləri,

Yaşa, yaşa Azərbaycan əsgəri !

***

Ona buna yalvarırsan köməkçün

Dilənçitək əl açırsan nə üçün

Kinli, məhv olursan nə üçün?

Ala-ala şəhərləri, kəndləri,

Yaşa, yaşa Azərbaycan əsgəri !

***

Iki dövlət bir millətik bu gün biz

Qarabağdan çıx get səssiz səmirsiz

Yoxdur xain haylar ilə işimiz

Ala-ala şəhərləri, kəndləri,

Yaşa, yaşa Azərbaycan əsgəri !

***

Üzülmüşdük həsrətini çəkməkdən

Şuşa üçün göz yaşları tökməkdən

Nə yaxşı ki azadlıq bəxş etdin sən

Ala-ala şəhərləri, kəndləri,

Yaşa, yaşa Azərbaycan əsgəri !

***

Aldığımız şəhərlərdə, kəndlərdə

Dalğalanır bayrağımız yenə də

Deyək-gülək, şadlıq edək hər yerdə

Ala-ala şəhərləri, kəndləri,

Yaşa, yaşa Azərbaycan əsgəri !

 

         Simax Şeyda,

         Almaniyanın Münxen şəhəri

Şərhlər bağlıdır.