İranın sabiq prezidenti Əli Əkbər Haşimi-Rəfsəncaninin qızı və Kargüzarlar Partiyası Mərkəzi Şurasının üzvü Faizə Haşimi İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) qarşı sanksiyaların davam etməsinin vacibliyini deyib.
Azerbaycan-ruznamesi.org Təbriz Turan TV-yə istinadən xəbər verir ki, o, “Clubhose”-da çıxışı zamanı SEPAH-ın ölkənin bütün sahələrində nüfuz etdiyini, günü-gündən əhatə dairəsini genişləndirməyə çalışdığını söyləyib.
O, bu qurumun qarnizonlara qaytarılmasının onu yeganə yolunun onu terror təşkilatları siyahısında saxlamaq olduğunu deyib:
İnqilab Keşikçiləri Korpusunun bir hissəsi bilərəkdən bir sıra əməllər törədib və qurumun terrorçu qruplar siyahısında saxlanılmasında maraqlıdırlar. Onlar bununla sanksiyalara rəğmən özlərini güclü göstərib, fəaliyyətlərini davam etdirə biləcəklərini sübuta yetirmək məqsədi daşıyırlar.
Şərhlər bağlıdır.