İRANDA QATAR RELSDƏN ÇIXIB: ÖLƏNLƏR VƏ YARALANANLAR VAR

İranın şimal-şərqində yerləşən Tabas şəhərindən təxminən 50 km aralı Mazinou dəmiryol stansiyasında sərnişin qatarının relsdən çıxması nəticəsində azı 9 nəfər ölüb, 50-yə yaxın sərnişin yaralanıb.

Azerbaycan-ruznamesi.org “Mehr”yə istinadən xəbər verir ki, bu barədə İran Qırımızı Aypara Cəmiyyətinin Cənubi Xorsan idarəsinin direktoru Müctəba Xaledi bildirib.

Ötən şənbə günü hadisə nəticəsində ölənlərin və yaralananların sayının artcağı gözlənilir. Məlumata görə, hadisə zamanı qatarda 348 sərnişin olub.

Qəzanın səbəbi araşdırılır.

Şərhlər bağlıdır.