15 iyul axşamı və 16 iyul səhəri Xuzistan və İranın cənub şəhərləri susuzların qiyamının şahidi oldular. İranın cənub şəhərlərindəki quraqlıq və su qıtlığından cana doymuş insanlar küçələrə çıxaraq bu vəziyyətin davamı barədə xəbərdarlıq etdilər.
Əldə olunan xəbərlərə və hesabatlara, habelə yayılan videogörüntülərə görə Mahşəhr-Sərbəndər yolu üzərindəki Pol-e-Zəncir bölgəsində və Əhvaz, Omidiye, Bostan, Həmidiyə, Süsəngerd, Şadeqan və Mollasani şəhərlərində çoxlu sayda gənc su çatışmazlığı üzündən etiraz nümayişlərinə başlamışlar. Bəzi şəhərlərdə etiraz edən gənclər hökumətin xalqın minimum ehtiyaclarına belə diqqət yetirməməsinə etiraz edərək avtomobil təkərlərini yandırmaqla yolları və keçidləri bağlamışlar. Bu arada, vilayətin nümayəndələrindən birinin dediyinə görə, Xuzistanda 700-dən çox kənd suyun olmamasından və ya çatışmazlığından əziyyət çəkir. Əkinçilər bu vəziyyətdən təngə gəlmişlər. Belə ki, susuzluqdan xurma ağacları qurumuş və mal-qara tələf olmuşdur.
Xalqın və gənclərin gecə nümayişləri zamanı polis və təhlükəsizlik qüvvələri bəzi yerlərdə atəş edərək vəziyyəti nəzarətə götürməyə çalışmışlar.
Xuzistan İranı başdanbaşa bürümüş ümummilli etirazların simvoludur.
Xuzistanda baş verən susuzların üsyanı ölkənin neft və neft-kimya işçiləri, eləcə də elektrik stansiyalarının tətillərinin 28-ci gününə girərkən başlamışdır. Əksəriyyəti ölkənin cənubunda yerləşən neft və neft-kimya sektorundakı işçilər maaşların azlığına, iş yerinin çox pis şəraitinə və məzuniyyətin olmamasına etiraz olaraq tətil etmişlər.
Son günlərdə tətil edən fəhlələrlə yanaşı susuzluqdan əziyyət çəkən insanlar və İsfahanın cana doymuş əkinçiləri də nümayişlərə qoşularaq meydanlara axışdılar və Zayənderud çayından su təminatı tələbi ilə çıxış etdilər.
Bundan əlavə, son günlərdə ölkənin müxtəlif bölgələrində xalqın müxtəlif təbəqələri və fəhlələr, eləcə də cəmiyyətin aşağı təbəqələri etiraz etməyə və toplaşmağa başladılar.
Raisi adlı qorxunc bir məxluq!
Bu qiyamlar İranın hər yerində böyüyür və yayılır. Xamenei qaynayan bu cəmiyyəti durdurmaq üçün məsələnin son həlli yoluna əl atdı. Belə ki, 1988-ci il hadisələrinin cəlladı kimi tanınan İbrahim Rəisini qorxunc bir məxluq kimi siyasi meydana gətirdi. Xamenei Rəisini icra hakimiyyətinin başına gətirməklə, Ərjeini məhkəmə sisteminin rəhbəri təyin etməklə və Qalibafı parlamentə oturtmaqla repressiya və hədə-qorxu üçbucağını tamamlayaraq partlayan bir cəmiyyəti susdura biləcəyini düşünür.
Xameneinin səhvi nədədir?
Ancaq Xamenei dəhşətli bir səhv etdi. Həqiqət budur ki, xalqın hökumət ilə qarşıdurması indi geri dönməz bir nöqtəyə gəldi. Əhmədinejadın Xameneiyə barəsində xəbər verdiyi daşqın illüziya deyildi. Əslində, küçələrdə və bazarlarda insanlar arasında yığılmış və görünən narazılıqlar var. Xamenei və onun hökuməti artıq idarəçilik qabiliyyətinə və öz sözü ilə desək, “ictimai şəraitə mühəndislik etmək” bacarığına malik deyil. Əlbəttə ki, hökumətdə xalqın problemlərini həll etmək iradəsi də yoxdur. Görünən odur ki, bütün təhlükəsizlik və kəşfiyyat sistemlərinin və hökumətin fəaliyyətində tənəzzülə gətirib çıxaran korrupsiya o qədər dərin kök salmışdır ki, böyük məsələlərin həllində artıq qərar verə bilmək güclərini əldən vermişlər. Bu səbəbdən də nə güc strtukturları gələcək vəziyyəti düzəldə biləcək, nə də Vilayəti-Fəqihin qərar vermə sistemi cəmiyyətin kütləvi böhranlarının həlli yolunu tapa biləcək.
Susuzların və acların qiyamı İranın gələcək simasını yaradır.
Qeyd edilməlidir ki, susuzların və acların üsyanı İran cəmiyyətinin aşağı təbəqələrinin üsyanıdır. 2021-ci ilin isti yayını qarşıda daha gərgin günlər gözləyir. 2019-cu ilin Noyabr qiyamı bu döyüş üçün bir manevr və hazırlıq meydanı oldu. 1500 nəfər pak vətənpərvər gənc qanına qəltan edildi, amma onların bu qanlı möhürü xalqın mübarizə tarixindəki parlaq səhifəyə deyil, Xameneinin alnına vuruldu.
Ona görə də qətiyyətlə və yəqinliklə demək lazımdır ki, xalqın ölkənin cənubunda 16 iyul axşamı baş vermiş qiyamı bütün İranı bürüyəcək ac və susuzların böyük və dönməz qiyamının başlanğıcıdır.
Hamımız iranlı olaraq müqavimət və azadlıq cəbhəsində devrimə hazır olmaq məsuliyyətindəyik. Rəisini hakimiyyətə gətirmək Xamenei üçün qurtuluş yolu deyil, əksinə xalqa qarşı daha geniş və əhatəli müqavimət yaratmaq cəhdidir.
Səməd Bayramzadə
“İran Azadi” vebsaytı əsasında hazırlamışdır.
18 iyul 2021
Şərhlər bağlıdır.